Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şamaxıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Şamaxıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

02.05.2023 [12:21]

Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Göylər kəndi ərazisindəndən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu, Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı və Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlu və daha iki nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31