Havalar isinir, ilanlar aktivləşir...
06.05.2023 [12:33]
Ölkədə yetərli zərdab varmı?
Havaların tədricən isinməsi ilan təhlükəsini gündəmə gətirib. Məlum olduğu kimi, isti havalarda ilanların, xüsusilə də gürzələrin fəallıq dövrü başlayır. Beləliklə, ilan sancması hallarına daha çox rast gəlirik.
Bununla yanaşı, rayon xəstəxanalarında zərdab olmaması, ilan sancması zamanı insanlara düzgün ilkin yardımın göstərilməməsi vəziyyəti daha da çətinləşdirir. Xəstəxanada ilan sancan şəxsə xüsusi zərdab vurulması çox önəmlidir. Vaxtında düzgün yardım göstərilməzsə, zərərçəkəndə əzginlik, nəbzin sürətlənməsi, başgicəllənmə, huşun itirilməsi ilə müşayiət olunan şok başlaya bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, ilan sancması zamanı heç bir halda yaranı yandırmaq, dərini kəsmək olmaz.
Zərdab nədən hazırlanır?
Mütəxəssislər bildirir ki, zərdab xüsusi zülal - at qanından düzəldilir. Bəzi insanlarda zərdablara qarşı anofilaktik şok yaranır və xəstə dünyasını dəyişə bilər. Bundan əlavə, heç zərdab da tam müalicə üsulu deyil. Belə hallarda digər müalicə üsulları mümkündür. Bunları da yalnız xəstəxana şəraitində aparmaq olar.
Hər il 130-150 arası müraciət
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov paytaxt və bölgələrimizin zərdab təminatı barədə “Yeni Azərbaycan”a danışıb. O qeyd edib ki, aprel ayında Toksikologiya şöbəsinə 4 müraciət, may ayında isə hələ ki, 3 müraciət daxil olub, ölüm hadisəsi qeydə alınmayıb: “Mərkəzimizə qəbul olunan şəxslərdən ikisi kəskin ağır durumda olub, buna baxmayaraq həm müayinə, həm də toksik-kimyəvi analiz edilib və hazırda vəziyyətləri qənaətbəxşdir.
Ümumiyyətlə, hər il ən azı 130-150 arası xəstə Mərkəzə qəbul olunur, lakin ölüm hadisəsi azdır. Eyni zamanda hər il 11-20 nəfər arası azyaşlı uşaqlar da ilan sancması ilə Mərkəzimizə gətirilir”.
Zərdablar artıqlaması ilə var
A.Maqsudov hazırda ölkəmizdə zərdab çatışmazlığı ilə bağlı hər hansı bir problemin olmadığını söyləyib: “Paytaxt və bölgələrdə zərdab artıqlaması ilə var. Hələ ilin əvvəlindən sorğu aparılıb, zərdablar həm Kliniki Tibbi Mərkəzə, həm də Mərkəzin daxilində olan xəstəxanalara şəhər üzrə təcili tibbi yardım briqadalarına paylanıb. Eyni zamanda bölgələrimiz də zərdablarla təmin edilib. Sonuncu dəfə Ucar, Şirvan, Tovuz və Gəncə şəhərində toksikoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı keçirilmiş tədbirdə zərdablarla bağlı məsələ qaldırılmışdı, məlum oldu ki, mərkəzi rayon xəstəxanalarında lazım olan qədər zərdab var. Kəndlərdəki məntəqələrə də verilib”.
Özbəkistanla müqavilə
Şöbə müdirinin sözlərinə görə, Azərbaycan innovasiya xətti ilə zərdabları əsasən Özbəkistandan alır, bu ölkə ilə aidiyyəti üzrə müqavilə imzalanıb: “Həmin zərdablar 3 növ ilan zəhərinə qarşıdır. Belə ki, ölkəmizdə əsas və ən çox rast gəlinən növ gürzə ilanıdır və zərdablar həmin ilan sancmasına qarşı çox effektivdir. İkinci növ əfi ilanıdır, o da gürzəyə yaxındır, amma zəhəri ondan bir az fərqlidir”.
İlkin tibbi yardım
Toksikoloq Rəna Vəliyeva bildirib ki, ilan sancan kimi yeri qızarıb şişməyə başlayırsa, bu, ilanın zəhərli olduğu mənasını verir. Zəhərli ilan sancan zaman bir neçə dəqiqə ərzində yerində qızartı, şişkinlik və ağrı olur: “Dişlənilən yerdə içi qanlı və ya maye dolu kisələr, dəri altında qanaxmalar meydana gəlir. Ürək bulanması, qusma ilə yanaşı müxtəlif orqanlarda qanaxma müşahidə edilə bilər. Zəhərin bədənə yayılmaması üçün ilan sancanı hərəkət etdirmək olmaz. İlan zəhərləri ən çox mərkəzi sinir sisteminə və qan-damar sisteminə təsirini göstərir”.
Həkim qeyd edib ki, ilan sancması baş veribsə, ilkin yardım kimi həmin yeri sorub zəhəri kənara atmaq lazımdır: “Daha sonra yara yuyulub antibiotik məlhəm yaxılaraq sarınmalıdır. Xəstə kürək üstü yatırdılmalıdır. Dişlənilən yerdən 5 sm yuxarıdan və 5 sm aşağıdan boğucu sarğı sarınmalıdır. Bu limfatik axını dayandırmaq üçündür. Yara xaç şəklində kəsilməli və məcburi olmadıqca ağız istifadə edilmədən yara sorulmalıdır. Məsələn, bunu adi şpris ilə də etmək olar.
Xəstəyə qəhvə, spirtli içki, isti içki və s. kimi dövranı sürətləndirəcək maddələr verilməməlidir. Xəstənin gəzməsinə icazə verilməməlidir. İlan şah damara yaxın bir yeri dişləyibsə, ölüm ehtimalı daha yüksək olur”.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

