İki təkər üstündə...
03.06.2023 [11:14]
Dünya Velosiped Günüdür
Yeganə BAYRAMOVA
Çoxumuzun uşaqlığı iki təkər üzərində yaşanıb. Velosiped... Həm idman, həm də nəqliyyat məqsədləri üçün ən çox istifadə edilən vasitələrdən biri. Müasir dünyada velosiped artıq insan həyatında lazımlı bir hissəyə çevrilib. Asanlıqla idarə edilən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən olan velosipedi boş vaxtlarda sürənlər də var, ondan aktiv nəqliyyat vasitəsi kimi istifadə edənlər də. Bu nəqliyyat vasitəsi eyni zamanda sağlamlıq üçün də mühüm əhəmiyyət kəsb edir.
2018-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən ekoloji sağlamlığa diqqəti çəkmək üçün 3 iyun Dünya Velosiped Günü kimi qeyd edilir.
Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə oldu. İlk velosipedin görünüşü müasir velosipedlərdən tamamilə fərqlənirdi. Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edilib. Bu, idarə olunan velosiped olub, demək olar ki, tamamilə taxtadan düzəldilmiş, lakin pedallara malik olmayan velosiped idi. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velospiedlərin rekord sürəti 15 km/s -dan çox olmurdu.
Lakin bütün bunlara baxmayaraq ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalmışdı. Çünki velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri velosipedin pedalları1861-ci ildə ilk dəfə ön təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdi. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq onların görünüşü müasir formaya düşdü.
Dünyada velosipedlərin sayı 1 milyarddan artıqdırsa, avtomobillərin sayı 1,5 milyarddır. Velosiped və velosipedçi sayına görə dünya ölkələrinə Çin liderlik edir. Çində velosipedçilərin sayı 450 milyon, ABŞ-da 100 milyon, Yaponiyada 73 milyon, Almaniyada 62 milyon, Braziliyada 40 milyon, Hindistanda 31 milyon, İtaliyada 23 milyon, İndoneziyada 23 milyon, Böyük Britaniyada 20 milyon, Fransada 20 milyon, Hollandiyada isə 17 milyon civarındadır.
ABŞ-da əhalinin 100 milyonu daimi velosiped sürücüsüdür. Amerikalılar isə velosiped üçün illik olaraq 81 milyard dollar vəsait xərcləyirlər.
Aparılan araşdırmalarla məlum olub ki, velosiped sürənlərin 48 faizini yeniyetmələr təşkil edir ki, onlar da artıq çəkidən azad olmaq üçün bu vasitədən istifadə edirlər.
Statistikaya görə, dünyada günlük olaraq 364000 velosiped istehsal edilir. Bu isə bir saata, yaxud 243 dəqiqəyə görə 15 min velosiped istehsalıdır. Velosiped satışına gəldikdə isə, gündəlik olaraq 47 min 670 velosiped satılır.
Azərbaycanda velosipedin tarixi
Azərbaycanda velosipeddən istifadənin tarixi 1930-cu ildən başlayır. Həmin ildə ilk dəfə olaraq Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanılıb. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilirdi. İlk vaxtlar velosiped məktəbli və tələbələr arasında daha populyar idi. Bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu. Azərbaycanda daha iri miqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanılıb. Spartakiadalar, Avropada olduğu kimi 4 ildən bir keçirilirdi. Azərbaycanlı velosipedçilər turnirlərdə Ukraynanın Xarkov zavodunun istehsalı olan velosipedlərdən istifadə edirdilər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən “Yeni Azərbaycan”a verilən məlumata görə, ölkəmizdəki velosipedçilərin əsas istəyi onlar üçün uyğun yolların salınmasıdır: “Velosipedçilər də yol hərəkətinin iştirakçısı olduğundan yol-hərəkət qaydalarına riayət etməlidirlər. Məqsədimiz velosipedi bir idman növü olaraq inkişaf etdirməkdir. Lakin yollarla bağlı problem işmizə də təsir edir, problemlər yaradır.
Düzdür, velosiped yollarının salınması ilə bağlı son illər ölkəmizdə işlərin görülməsinə başlanılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müəyyən addımlar atılıb. Velosiped yolları şəbəkə şəklində olmalıdır. Necə ki, yol ayrıcları kəsişir, velosiped yol ayrıcları da kəsişməlidir. Bundan başqa, duracaqlar yaradılmalıdır. Kiminsə şəxsi velosipedi yoxdursa, bir dayanacaqdan velosipedi götürüb digər dayanacaqda onu təhvil verə bilər. Ona görə də görülən işlərin tərkib hissəsi olaraq duracaqlarla bağlı məsələ nəzərə alınmalıdır. Lakin qeyd edim ki, velosiped istifadəçilərinin sayı kifayət qədərdir. Dayanacaqların sayına gəldikdə isə konkret bir rəqəm açıqlamaq mümkün deyil”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

