Sülh sammiti ideyası...
21.06.2023 [10:55]
Zelenskinin müraciəti reallaşacaqmı?
GÜLAY
Ukrayna prezidenti Vladimir Zelenski İsveçrə hakimiyyətinə bu ölkədə Rusiya-Ukrayna müharibəsinin “sülh formulu” ilə həllinə həsr olunmuş sammitin keçirilməsi təklifi ilə müraciət edib. Bunu dövlət başçısı videobağlantı vasitəsilə İsveçrə parlamentinin iclasındakı çıxışı zamanı deyib. Hazırki gərgin dövrdə belə bir sammitin keçirilməsi nə dərəcədə mümkündür? Ümumiyyətlə, bu sammitin keçirilməsi prosesin sülhə doğru inkişaf etməsinə zəmin yarada bilərmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, belə bir sammitin keçirilmə ehtimalı yüksəkdir. O, əsas kimi Qərbin Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi prosesi fonunda Moskva ilə Kiyev arasında müvəqqəti də olsa atəşkəsin əldə edilməsinə nail olmağa çalışmasını göstərib. Amma Ukraynanın əks-hücum əməliyyatları həyata keçirdiyini də xatırladan politoloqun fikrincə, bu əməliyyatların bir sıra məqsədləri var. Onun sözlərinə görə, Ukrayna öz hədəflərinə çatmağa çalışır: “Bu baxımdan düşünürəm ki, İsveçrədə adıçəkilən sammitin keçirilməsi yaxın zamanlarda reallaşa bilər. Təbii ki, Rusiya tərəfindən bu sammitə hər hansı nümayəndə heyətinin qatılıb-qatılmayacağı və ya İsveçrənin Rusiyadan bu sammitə kimisə dəvət edib-etməyəcəyi müzakirə mövzusudur. Hər halda, sammitin keçirilməsi Ukraynanın şərtlərinin və təkliflərinin qlobal sferada növbəti dəfə səslənməsi baxımından böyük əhəmiyyət daşıya bilər”.
T. İsmayılov hesab edir ki, sammitdə Ukrayna bundan sonra Rusiya ilə hansı formatda və nə kimi müzakirələr aparacağının konturlarını da açıqlaya bilər: “Eyni zamanda, Ukrayna apardığı əks-hücum əməliyyatlarının daha sistematik və davamlı olması üçün Qərb dövlətlərindən dəstəyi davam etdirməyi xahiş edəcək. Sammit Ukraynaya hərbi, humanitar, maddi dəstəyin artırılması, həmçinin Ukraynanın ərazi bütövlüyü məsələsinin bir daha beynəlxalq aləmdə qırmızı xətt kimi qəbul edilməsi prosesində mühüm rol oynaya bilər”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 09:42
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31

