Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yevgeni Priqojin Belarus Prezidentinin təklifini qəbul edib

Yevgeni Priqojin Belarus Prezidentinin təklifini qəbul edib

24.06.2023 [21:45]

Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklifini qəbul edərək silahlı dəstələrinin hərəkətini dayandırıb.

Bu barədə A.Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Belarus Prezidentinin Y.Priqojin ilə danışıqları gün ərzində davam edib. “Nəticədə Rusiya ərazisində qanlı qırğının baş verməsi yolverilməz sayılıb”, - deyə bildirilir.

Y.Priqojin “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətinin dayandırılması və gərginliyin aradan qaldılmasına dair gələcək addımların atılması təklifi ilə razılaşıb. 

“Hazırda masa üzərində vəziyyətin nizamlanmasının tam sərfəli, “Vaqner” şirkətinin döyüşçülərinin təhlükəsizliyinə təminat verən variant var”, - deyə bildirilib.

Y.Priqojin dəstələrini geri çevirərək yenidən öz düşərgələrinə qaytardığını deyib.

Paylaş:
Baxılıb: 444 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30