Ermənistan regionun havasını, suyunu çirkləndirir
19.07.2023 [11:44]
Günel ABBAS
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur.
Törədilmiş ekoloji fəlakətlər
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları (VCT) olaraq beynəlxalq ictimaiyyətə müraciət ünvanlamaqda məqsəd Ermənistanda heç bir ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulması, ekoloji böhranla əlaqədar narahatlığı bildirməkdir.
Ç.Qənizadə vurğulayıb ki, Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda, ekologiyanın qorunması ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur: “Burada aparılan qanunsuz, qeyri-şəffaf, hesabatlılığı olmayan mədən sənayesi işləri ekosistemə, fauna və floraya, torpağın, suyun ekosisteminə mənfi təsir göstərir. Bu, törədilmiş ekoloji fəlakətlərin görünən hissəsidir, ictimaiyyətdən gizlədilən faktlar daha çoxdur və biz onlar barədə də məlumatlıyıq. Ermənistandakı dağ-mədən sənayesi işlərinin bu cür davam etdirilməsi region əhalisinin həyat, sağlamlıq və təhlükəsiz yaşayış mühiti ilə bağlı əsas insan hüquqlarını kobudcasına pozur. Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çayları olan Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları yatağı region üçün ciddi təhlükə yaradır. Əkərək (Aqarak) mis-molibden kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayında çirklənmə problemini daha da artırır”.
Onun sözlərinə görə, Ermənistanın bu mövzuda danışan vətəndaş cəmiyyəti nümayəndələri də var: “Bir müddət öncə, cari ilin fevral ayında Amuldağ (Amulsar) qızıl yatağının yenidən istismara açılması Ermənistan qeyri-hökumət təşkilatlarını etiraz aksiyaları keçirməyə vadar etmişdi. Bu yataqda aparılan işlər təbii mineral bulaq olan və kurort ərazisi kimi tanınan İstisu (Cermuk) bulağının çirklənməsinə gətirib çıxarır. Həmin yataqla bağlı “Biznes və İnsan Hüquqları” beynəlxalq təşkilatının rəsmi veb-saytında məqalə dərc olunub. Belə ki, yataqda aparılan işlər zamanı ətraf mühitə ciddi şəkildə ziyan dəyir, çaylara tullantı axıdılır, süni yaradılmış hovuzun suyunun İstisu (Cermuk) bulağına hopması ehtimalı olduqca yüksəkdir, Göyçə (Sevan) gölünə də çirkləndiricilərin axıdılması ekosistem üçün ciddi təhdiddir. Həmin məqalədə eyni zamanda qeyd olunur ki, məsələ ilə bağlı səsini ucaldan qeyri-hökumət təşkilatları hədələnir”.
Ermənistan öhdəliklərə əməl etmir
“Sağlamlığa Xidmət” İctimai Birliyi Pərvanə Vəliyeva qeyd edib ki, əsas tələblərdən biri Ermənistanda baş verən ekoloji məsələlərin bu ölkənin ictimaiyyətinə doğru, şəffaf çatdırılmasıdır: “Düşünürük ki, Ermənistan əhalisi ölkəsinin necə bir ekoloji fəlakətin astanasına gətirilməsini dərk etmək imkanlarına malik olmalıdır. Müraciətimizdə sadalanan faktlardan da məlum olduğu kimi, Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqazı ciddi ekoloji fəlakətlə üz-üzə qoyub. Biz Ermənistan baş nazirini məsuliyyətini dərk etməyə, Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərini ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərin, Azərbaycanın bu sferadakı vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmağa, yerində baxış, qiymətləndirmə və monitorinq, müvafiq nümunələr götürülməsi, ölçmə işlərinin aparılması üçün hər cür şərait yaradılmasına çağırırıq”.
P.Vəliyeva bildirib ki, BMT-in Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir: “Ermənistanda dağ-mədən sənayesi ekoloji norma və standartların əksəriyyətini, habelə BMT Konvensiyalarını pozur. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası - 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası ümumi su obyektlərin, beynəlxalq göllərin mühafizəsi və istifadəsinə yönəlib. Konvensiya qəbul edir ki, insan fəaliyyəti nəticəsində transsərhəd sularda baş verən dəyişikliklər ətraf mühitə hər hansı əhəmiyyətli mənfi təsir etdiyi zaman tərəflər danışıqlar aparmalıdır. Bununla belə, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla, bu Konvensiyanın qaydalarını və prinsiplərini pozur.
BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasının tərkib hissəsi olan “Su və sağlamlıq haqqında” protokol su ekosistemlərinin qorunmasına, su ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına, onlara nəzarət edilməsinə və təsirlərin azaldılmasına xüsusi diqqət yetirir. Konvensiyanın məqsədlərinə nail olmaq üçün protokolda iştirak edən tərəflər içməli suyun keyfiyyəti, axıdılma keyfiyyəti, su təchizatı və tullantı sularının təmizlənməsi sistemlərinin səmərəliliyi üçün milli və yerli hədəfləri müəyyən etməlidir. Protokolu imzalayan tərəf kimi Ermənistan transsərhəd su axarlarına və göllərə ziyan vuran mədən əməliyyatları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

