İcma AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır
01.08.2023 [13:17]
Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksun 2023-cü il 31 iyul tarixli qərəzli bəyanatını qınayır və AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır.
Bu barədə İcmanın məsələ ilə bağlı açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin qeyd olunub: “Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı provokasiyadır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Ermənistanın fitnəsi ilə həmin ünsürlər Ağdam-Xankəndi yolunu beton bloklar ilə döşəyərək bağlayıb. Həmin qüvvələr bunu nümayişkaranə şəkildə edib, yolun bağlanması aktının videogörüntülərini yayıb və həmin yoldan sadə insanların təchizatı üçün istifadəsinə imkan verməyəcəkləri barədə bəyanat veriblər.
Bu baxımdan T.Koksun qeyd etdiyi faktaraşdırıcı missiya Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycana deyil, qərbi azərbaycanlıları Ermənistandan qovmuş, onların qayıdış hüququnu inkar edən Ermənistana göndərilməlidir.
T.Koksa xatırladırıq ki, AŞPA-nın Ermənistan üzrə həm-məruzəçiləri Qərbi Azərbaycan İcmasının 1 mart 2023-cü il tarixdə onlara ünvanladığı məktuba hələ də cavab verməmişlər. Sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcması T.Koksu insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Ermənistanla dialoq təklifimizə və Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışa ictimai dəstək verməyə çağırır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

