İƏT bəyan edir ...
05.08.2023 [11:10]
P.İSMAYILOV
Azərbaycan İƏT çərçivəsində fəal siyasət həyata keçirir - ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və quruma daxil olan ölkələrlə yüksək əlaqələrə malikdir. Ümumiyyətlə, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlər xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. Uzun illərdir ki, təşkilat Azərbaycanın ərazi bütövlüyünə tam dəstək nümayiş etdirir. 44 günlük Vətən müharibəsi dövründə, eləcə də postmüharibə dövründə İƏT Azərbaycanın haqq işini daima dəstəkləyib. Hətta ötən ilin martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində İƏT Xarici İşlər Nazirləri Şurasının “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən 4 qətnamə qəbul edilib.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinə hər zaman müsbət yanaşma sərgiləyən İƏT baş verən son prosesləri də diqqətdə saxlayır. Qeyd edək ki, qurumun yaydığı son bəyanatda da İslam Əməkdaşlıq Təşkilatının Baş katibliyinin Azərbaycanın təhlükəsizlik təhdidlərinə cavab olaraq və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öz ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qanuni qərarının tanındığı və Qarabağın erməni sakinlərinin Laçın yolundan tibbi məqsədlə istifadəsinə Azərbaycanın şərait yaratmasını, daha iri yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin müsbət qarşılandığı vurğulanır. “Bu kimi təşəbbüslər erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına imkan yaradacaq. Baş katiblik Ermənistanın istənilən təxribatçı hərəkətlərdən çəkinməyə və Ağdam-Xankəndi yolundan, eləcə də Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün təklif olunan marşrutlardan istifadə təklifini dəstəkləməyə çağırır”, - İƏT-in bəyanatında deyilir.
İƏT Baş katibliyi sülh yolunda irəliləməyin və regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün lazımi tədbirlərin görülməsinin zəruriliyini vurğulayır.
Azərbaycanın dostları...Nəticə etibarı ilə, bu bəyanat Azərbaycanın əməkdaşlığa əsaslanan xarici siyasət kursunun növbəti təntənəsidir. Dünya ictimaiyyətinin, eləcə də, İslam ölkələrinin Azərbaycanın ədalətli mübarizəsinə göstərdiyi diqqət dünyada davamlı sülhün bərpasına dəstək, terrorun və təcavüzün aradan qaldırılması yönündə səy kimi dəyərləndirilməlidir. Bu kimi səylər isə erməni vəhşiliyinin dünyanın başqa regionlarında başqa adla təzahür etməsinin və presedentə çevrilməsinin qarşısını uğurla alınmasına kömək göstərir. Bir məqama diqqət yetirək - 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılan İƏT 60-a yaxın dövləti özündə birləşdirir. Bundan başqa, bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən BMT yanında müşahidəçi statusu alıb. Beləliklə, İƏT-in Azərbaycana dəstək bəyanatı birbaşa 60 dövlətin, dolayısı ilə isə BMT üzvü olan bir çox ölkələrin, İƏT-də müşahidəçi qismdə təmsil olunan dövlətlərin Azərbaycana dəstəyini özündə ifadə edir. Eyni zamanda, bu kimi bəyanatların yayılması, ciddi beynəlxalq təsisatların Azərbaycanın haqlı mübarizəsində onun yanında yer alması dövlətimizin dünyadakı dostlarının sayının günü-gündən artdığını göstərir. Bu amil xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın son illərdə dünyanın yeni enerji xəritəsinin qurulmasında, iqtisadi münasibətlərin tənzimlənməsində rolu, eləcə də terrora və kalonizm siyasətinə etirazı, qlobal problemlərin həllindəki təşəbbüsləri bütün dünya tərəfindən təqdir olunur. Ölkəmizlə dostluq münasibəti qrumaq istəyən ölkələrin sırası genişlənir - bu isə bizə beynəlxalq mühitdə mühüm üstünlüklər yaradır. Məsələn, Fransanın ölkəmizə qarşı Frankafoniya, eləcə də BMT TŞ müstəvisində apardığı açıq qərəzin qarşısı məhz dostlarımızın səyi ilə aradan qaldırıldı. Azərbaycan bu gün apardığı açıq və şəffaf, milli maraqlara və qarşılıqlı mənafeyə söykənən siyasəti ilə bütün dünyada şöhrət qazanıb. Bu, İslam dünyasının Azərbaycana ifadə etdiyi dəstəyində də öz əksini tapmaqdadır. Həmin dəstək isə ölkəmizin regiondakı aktiv siyasi rolunu daha da artır, stabilləşdirici faktor olmasını daha da qətiləşdirir...
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19

