Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası Laçında keçirilib
08.08.2023 [18:45]
Laçında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturunun bərpası, tikintisi və yenidən qurulması üzrə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülmüş işlər və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənilib, layihələrin icrası ilə bağlı mövcud imkanlar, qarşıya çıxan çətinliklər və onların həlli yolları geniş müzakirə edilib.
İclası giriş sözü ilə açan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi kimi strateji layihələr yer alıb: “Bunlardan artıq bir neçəsi – Zəfər yolu, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu, Füzuli-Hadrut avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisi uğurla icra olunub. Laçın Hava Limanının tikintisi üzrə işlər sürətlə davam etdirilir, hazırda layihə üzrə işlərin ümumi icra vəziyyəti 32 faiz təşkil edir”.
R.Hümmətov əlavə edib ki, 47,1 kilometrlik Bərdə-Ağdam və 110,4 kilometrlik Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi uyğun olaraq 70 və 41 faiz təşkil edir.
Nazir müavini hazırda ümumi uzunluğu 1965,5 kilometr olan 16 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını və bunların da əksəriyyətinin respublika əhəmiyyətli yollar olduğunu diqqətə çatdırıb.
Sonra R.Hümmətov işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə iclas iştirakçılarını məlumatlandırıb.
Nazir müavini bildirib ki, Laçın şəhərinə əhalinin böyük qayıdışına başlanması və sakinlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar, hazırda şəhərdə aparılan bərpa-tikinti işləri çərçivəsində nəqliyyat və rabitə infrastrukturunun qurulması sahəsində də işlər sürətlə davam edir. Şəhərin daxili yollarının bərpası layihəsi 53 faiz icra edilib, eyni zamanda, şəhərlərarası və şəhərdaxili nəqliyyat-yol şəbəkəsinin müasir tələblərə uyğun planlanması işlərinə başlanıb. Şəhərdə telekommunikasiya şəbəkəsinin qurulması istiqamətində 700 evdə yeni texnologiyalar əsasında GPON şəbəkəsinin tətbiq olunması üçün layihə hazırlanıb. Hazırda 19,7 kilometr uzunluqda fiber-optik magistral və 20 kilometr abunəçi kabel xətti çəkilib. Laçın şəhərində 137 məntəqədə telekommunikasiya xidmətlərinin təşkili üçün müvafiq infrastruktur qurulub.
İclasda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın şəhərində yol-nəqliyyat infrastrukturunun qurulması, avtonəqliyyat və sərnişindaşıma xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndəsi Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, həmçinin digər iştirakçılar çıxışlarında işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və məşğulluğunun təmin edilməsi və digər vacib məsələlər barədə qarşıda duran vəzifələrdən danışıblar.
İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Səfər müddətində həmin ərazilərdə icra edilən bəzi layihələrə, o cümlədən Laçın şəhərinin daxili yol-nəqliyyat şəbəkəsinin tikintisi işlərinə, şəhərdə telekommunikasiya şəbəkəsinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə görülən işlərə, Laçın Hava Limanının tikintisi aparılan əraziyə, Xudafərin-Qubadlı-Laçın və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yollarının tikintisinə və Horadiz-Ağbənd dəmir yolu xəttinə baxış keçirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54

