Əli Kərimlinin yalan serialı davam edir...
11.08.2023 [09:59]
AXCP sədri ermənipərəst xora qoşulub
Şablon yalanları ilə illərdir özünü siyasi palitraya pərçimləməyə çalışan müxalifət düşərgəsinin son dövrlərdəki acınacaqlı aqibəti ortadadır. Hər zaman milli mənafeyə düşmən kəsilən, ermənilərə qucaq açan, ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən, ianələr aldıqları erməni lobbisinin xidmətçisinə çevrilən radikal ünsürlər artıq dalana dirəniblər. İş o yerə çatıb ki, artıq pul aldıqları mənbələr belə onlara inanmırlar. Xüsusilə, siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra “tək müxalifətəm”, “ən böyük müxalifətəm” kimi yalanlar artıq işləmir - bu iddianın arxasının tamamilə boş olması bütün çılpaqlığı ilə üzə çıxıb. Özünü “yek müxalifət” adlandıran Əli Kərimli kimiləri yalanlarının üstünün açıldığını görüb yeni yalanlar “istehsal” etməyə başlayırlar.
Məsələn, AXCP sədrinin son yalan “seriyası”nın əsas motivi guya hakimiyyətin “müxalifətdən” narahat olması üzərində “qurulub”. Təbii ki, bu yalanların da ömrü uzun olmur - səsləndirilən əks-arqumentlər bu boş fikirləri darmadağın edir.
Birincisi, Əli Kərimli hələ də müxalifətin funksionallıq istiqamətlərini heç özü üçün belə tam aydınlaşdıra bilməyib. Müxalifətçilik səhərdən axşama qədər xayanətkar internet TV-lərin efirindən yalan püləmək deyil - müxalifət olmaq fərqli konsepsiya irəli sürmək deməkdir. Amma Əli Kərimli indiyə qədər adi bir məsələ ilə bağlı konsepsiya hazırlayıb cəmiyyətə təqdim etməyib.
İkincisi, hakimiyyət heç nədən narahat deyil - xalqın rifahı üçün atılan addımlar, Qarabağın bərpası, uğurlu xarici siyasət kursu kompleks şəkildə ən yüksək səviyyədə inkişaf etdirilir. Dövlət başçısı nəinki yerli, hətta xarici telekanallara belə müsahibələrində inkişaf hədəflərimizi, əsas nüansları dilə gətirir, bütün baş verənlərlə bağlı xalqı məlumatlandırır. Prezident İlham Əliyev 44 günlük müharibə dövründə belə 30-dan artıq telekanala müsahibə vermiş və Azərbaycan həqiqətlərinin ən böyük təbliğatçısı olmuşdu. Azərbaycan bu gün də bəşəri dəyərləri qoruyur, inkişaf etdirir. Azərbaycanda hər zaman hüquqi dövlət quruculuğu prosesinə sadiqlik nümayiş olunub - demokratiya, plüralizm, islahat kimi meyarlar ön sıralara çıxarılıb. Xalq-hakimiyyət vəhdəti bütün problemlərin əsas həlli formuluna çevrilib.
Təbii ki, iş olan yerdə nöqsan da olmalıdır - dövlət başçısı daima neqativ hallara qarşı kəskin mübarizə nümayiş etdirib. Məsələn, bir müddət öncə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr zamanı ölkə Prezidenti qəti mövqe sərgilədi, məmurların səhvlərini açıqladı - bütün strukturlar səfərbər olaraq problemlərin aradan qaldırılması üçün fəaliyyət göstərdi. Bu faktın özü də ölkəmizdə olan demokratik ab-havanın ən bariz göstəricisidir.
Ən əsası iqtidarın müxalifətə qarşı qısqanclıq nümayiş etdirməsi, “aqressivlik” göstərməsi kimi boş iddialar səsləndirmək ən yumşaq halda səhv qavrayışdır. Hakimiyyət Azərbaycan müxalifətini niyə sıradan çıxarmağa çalışmalıdır? Axı, son illərdə məhz ölkə başçısının iradəsi əsasında yeni siyasi konfiqurasiyanın əsası qoyulub, yeni münasibətlər sistemi formalaşdırılıb. Siyasi partiyalarla bağlı yeni qanunvericilik hazırlanıb, partiyalar qərargahla təmin olunub. Belə olan halda hansısa “aqresiya” haqda danışmaq nə qədər də yersizdir. Hə, o başqa məsələ ki, xalq satqın müxalifətin kimliyini görür, dəyərləndirir və ona qarşı aqressivlik nümayiş etdirir - bu da xalqın müstəsna hüququdur...
Əli Kərimlinin şəxsi maraq rakursundan boylanaraq danışdığı bu yalanlar əslində özünün partiyasında formalaşdırdığı “tablodur”. AXCP daxilində hökm sürən dözülməz mühit, despot rejimini xatırladan idarəetmə bütün partiya üzvlərini narahat edir. Vaxtilə bu partiyada təmsil olunan şəxslərin ard-arda istefa verərək bu qurumdan ayrılmasının ən böyük səbəbi məhz sədr Əli Kərimlinin yaratdığı dözülməz mühitdir. Təsadüfi deyil ki, bu günlərdə partiyadan istefa vermiş daha bir şəxs - Vahid Məhərrəmli də təzyiqlərə görə bu addımı atmışdı. İqtisadçı, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli həm partiya üzvlüyündən, həm də Milli Şuradan istefa verib. Əli Kərimlinin partiyada yaratdığı diktaturaya əsaslanan idarəetmə üsulu partiya üzvləri tərəfindən açıq şəkildə ifşa edilir. Məhz bu kimi məsələlərə görə, Əli Kərimlinin ətrafında olan şəxslər ard-arda istefa verərək ondan “canlarını” qurtarmağa çalışırlar. Ə.Kərimlinin partiya daxilində yaratdığı avtoritarizmin isə səbəbi bəllidir - o, xarici antimilli mərkəzlərdən aldığı ianələrə tək sahib olmaq istəyir. Eyni zamanda, partiya üzvlərindən dövlətə qarşı yalan, şər-böhtan kampaniyası aparmaq tələb edilir. Buna riayət etməyənlər isə təzyiqlə üzləşir və nəhayətdə partiyadan uzaqlaşdırılırlar.
İndiki halda Əli Kərimlinin də məhz son dövrlərdə intensivləşən ermənipərəst xora qoşulması təsadüfi sayıla bilməz. Artıq bir müddətdir ki, Fransanın, erməni lobbisinin dəstəyini alanlar, FETÖ terror qruplaşmasının himayəsində olanlar, antimilli mərkəzlərdən qidalananlar Azərbaycana qarşı çirkin kampaniyalar aparır, yalan, şər, bötan danışırlar. Demək ki, müxalifətin “ağrısı” da bundan imiş...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21

