Espo Konvensiyasının tələblərinə məhəl qoymayanlar...
11.08.2023 [10:30]
“Environmental Protection First” Koalisiyası bəyanat yayıb
“Biz, bu günlərdə təsis edilmiş “Environmental Protection First” Koalisiyası olaraq, Ermənistan Respublikasının Ətraf Mühit Nazirliyinin Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində tikilməkdə olan metallurgiya zavodu ilə bağlı yaydığı cavab bəyanatını qınayırıq”.
Bu barədə koalisiyanın bəyanatında qeyd olunub.
“Bu irimiqyaslı metallurgiya zavodunun tikintisi beynəlxalq səviyyədə qəbul edilmiş standartlara və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının (Espo Konvensiyasının) tələblərinə açıq şəkildə məhəl qoymur. Espo Konvensiyasi ekoloji problemlərin milli sərhədlərdən kənardakı ərazilərə də təsir etdiyini qəbul edir və birdən çox ölkənin təsirləndiyi müəyyən vəziyyətlər üçün beynəlxalq dialoqun vacibliyini vurğulayır. Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma olmadan sərhəd boyu ərazidə belə bir obyektin tikintisi transsərhəd situasiyalarda ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlmiş 1991-ci il Espo Konvensiyasının tələblərinin açıq şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı ratifikasiya ediblər. Espo Konvensiyasının təlimatlarına uyğun olaraq, tikinti ilə bağlı Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi tikinti olan əraziyə yaxın olan Azərbaycan ərazisində yaşayan sakinlərin, eləcə də eko-fəalların rəyi nəzərə alınmaqla, Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılmalıdır.
Belə bir böyük zavodun tikintisi nəticəsində transsərhəd kontekstdə yaranan ətraf mühitə müdaxilə ilə bağlı Ermənistan Azərbaycanın heç bir qurumu və ya təsirə məruz qalan əhali ilə kommunikasiya qurmayıb. Məşhur ekoloq Garrett Hardin qeyd edirdi ki, bütün su axarlarının çirklənmə təhlükəsi var, ümumi torpaqlardan istifadə hüququnun qanunlara əsasən idarəolunması və aidiyyəti şəxslərin təmkinli şəkildə qarşılıqlı razılaşma əldə etməsi vacibdir. Əks halda, bu, “hamı üçün faciə”yə çevriləcək.
Ermənistan tərəfinin cavabı əməkdaşlığı inkar etmək, Espo Konvensiyasının tələblərini pozmaq və mövzudan yayınmaqdır. Ermənistan tikinti ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirak etmək, zərərin həcmini ölçmək və potensial həllərin müəyyən edilməsi üçün beynəlxalq QHT-lər və region ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini (Azərbaycan və Gürcüstandan olan QHT-lər də daxil olmaqla) cəlb etməli, eləcə də texniki ekspertiza, monitorinq və qiymətləndirmə aparmaq üçün əlverişli mühit yaratmalıdır.
Espo Konvensiyasının 3.1 və 3.7-ci maddələrinə, eləcə də həmin Konvensiyanın I Əlavəsinin 4-cü bəndinə istinad edərək, Azərbaycan tərəfi rəsmi olaraq Ermənistandan Arazdəyəndə (Yerasx) həyata keçirilən fəaliyyətlərdən irəli gələn mənfi transsərhəd təsirlərə dair hərtərəfli məlumat tələb edib. Bu məlumatın verilməsi Ermənistanın beynəlxalq öhdəliyidir. Azərbaycan tərəfinin guya Arazdəyəni (Yerasxı) atəşə tutması ilə bağlı Ermənistanın cavabında irəli sürülən əsassız ittihamlar tamamilə yalandır və qəbuledilməzdir. Biz ekoloji fəlakətlə bağlı dərin narahatlıqlarımızı dilə gətirsək də, Ermənistan bunu bilərəkdən siyasiləşdirir və mövzudan yayınmağa çalışır. Bu cür təxribatlar ekoloji pozuntular üçün kamuflyaj ola bilməz.
Ermənistanın rəsmi qurumları məlumatları təqdim etmək əvəzinə, media vasitəsilə mümkün təsirlərin minimal olacağını ilə bağlı inandırmağa çalışırlar. Təəssüf ki, bu mövqe Espo Konvensiyasının tələblərinə ziddir.
Tərəfimizdən aparılan ilkin təhlil onu göstərir ki, Ermənistanda fəaliyyət göstərən mədən sənayesi müəssisələrinin torpaq, havanın keyfiyyəti, səth və yeraltı suların vəziyyəti, eləcə də flora və fauna ilə bağlı Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri ictimaiyyət üçün tam şəkildə açıqlanmır.
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (EITI) 2022-ci ildə Ermənistanla bağlı hesabatda da vurğulanır ki, ölkədəki bəzi mədən şirkətləri 2020-2021-ci illər üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərini hazırlamayıblar və ictimaiyyətə təqdim etməyiblər.
Qeyd olunan halları və Ermənistanın mədən sənayesinin illər ərzində Azərbaycanın ekoloji mühitinə zərərli təsirindən yaranan ictimai narazılığı nəzərə alaraq, Koalisiyamız Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin tam açıqlanmasını gözləyir. ƏMTQ hesabatlarının tam mətnləri ictimaiyyətə açıqlanmalıdır. Ermənistan bu mühüm ekoloji qeydləri gizlətməməli və bu barədə hüquqi öhdəliyini unutmamalıdır.
Biz Ermənistanın mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini öz rəsmi internet səhifələrində dərhal dərc etməyə və beləliklə, bu məlumatları ictimaiyyətə açıqlamağa çağırırıq. Məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır.
Ermənistandan təsirə məruz qalan icmaların bu zavodların fəaliyyəti haqqında məlumat əldə etməsinə və qərarların qəbulu proseslərində iştirakına imkan yaratmaq, eləcə də ətraf mühitə dəyən zərərin aradan qaldırılması ilə bağlı həll yollarına dair zəmanət verməklə, öhdəliklərini yerinə yetirməsi tələb olunur.
Birləşmiş Millətlər Təşkilatının “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri” hasilat sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün mühüm çərçivə təmin edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarına riayət etmələri, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və təsirə məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə əlaqə saxlamaları zərurətini vurğulayır. Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisi ilə məşğul olan bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa çağırırıq”, - bəyanatda qeyd olunub.
Günel
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00

