Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hikmət Hacıyev: “Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, Ağdam-Xankəndi yolu işləkdir”

Hikmət Hacıyev: “Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, Ağdam-Xankəndi yolu işləkdir”

16.08.2023 [13:21]

“Azərbaycan yol blokları, maneə divarları qurmur. Azərbaycan yol inşa edir”.

“Report”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, bu yol işləkdir. Ancaq bu yoldan istifadədən imtina etdilər. Əlbəttə, bunun səbəbi sual doğurur. Məlumdur ki, burada niyyət Azərbaycana qarşı beynəlxalq ictimaiyyətdə siyasi manipulyasiya yaratmaqdır. Hətta bəlkə də bu məsələni BMT Təhlükəsizlik Şurasına və digər təşkilatlara daşımaqdır. Amma Azərbaycanın bu iddialara qarşı göstərəcək əsaslı arqumentləri var”, - deyə o bildirib.

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31