Priqojin: “Aşpaz”, həm də Nobel mükafatçısı..
01.09.2023 [11:30]
“Dəfn edilən”dən sonra məzuniyyətə çıxıb?
Son günlər “Vaqner” muzdlu qruplaşmasının başçısı Yevgeni Priqojinin ölümü insanlar arasında müxtəlif fikirlərin yaranmasına səbəb oldu. Rəsmi Moskva Priqojinin öldüyünü təsdiqləsə də, bəzi dünya ekspertləri bunun yalan olduğunu deyirlər. Hətta Braziliyadan bu aviaqəzanın araşdırılması təklif olunmuşdu. Amma Rusiya bu araşdırmaya qarşı çıxmışdı. “Yalanın ömrü 40 gün olur” -deyirlər - dünən üzünü belə görmədiyi atasının yanında dəfn olunan Priqojinin videosu yayımlanıb. “Mənim sağ olub-olmadığımı müzakirə edənlər üçün deyirəm: indi istirahət günləridir, avqustun ikinci yarasıdır, Afrikadayam, hər şey yaxşıdır”, -deyən Priqojinin bu videosu mediada çaşqınlığa səbəb oldu. Bəziləri videonun onun ölüm xəbərindən 1-3 gün əvvələ aid olduğunu deyirlər. Bu, bir vaxtlar aşpaz kimi məşhurlaşmış, sonralar isə muzdlu dəstənin liderinə çevrilmiş və son aylarda “xain” damğası vurulmuş Yevgeni Priqojin haqqında qısa xülasədir. Və Priqojin soyadını eçidincə hər kəsin gözü önündə zəhmli, amansız bir əsgər siması gəlir...
Amma Priqojin soyadı təkcə Yevgeniyə məxsus deyilmiş. Araşdırmalarımız nəticəsində məlum oldu ki, elm aləmində yetərincə tanınmış, hətta Nobel mükafınına da layiq görülmüş Priqojin də varmış...
Kimya üzrə Nobel mükafatçısı - Priqojin
Söhbət Vaqner silahlı dəstənin başçısı Yevgeni Priqojindən yox, İlya Proqojindən gedir. İlya Priqojin 1917-ci il yanvarın 25-də Moskvada anadan olub. 1942-ci ildə Brüssel universitetini bitirib, həmin ildən orada dərs deyib. (1947-ci ildən professor). 1962-ci ildən Solvedə Beynəlxalq fizika və kimya institutunun direktoru olub.
1967-ci ildən ABŞ-da, Ostindəki Texas universitetində statistik mexanika və termodinamika üzrə elmi-tədqiqat mərkəzinin direktoru olub. Geridönməz proseslər nəzəriyyəsinin əsas teoremlərindən birini söyləyib. Bu teoremə görə sistemin stasionar vəziyyətinə (tarazlıq vəziyyətinin əldə olunmasına mane olan şəraitlərdə) entropiyanın minimum istehsalı uyğun gəlir. Bu da tarixdə Priqojin teoremi kimi yadda qalıb. Priqojin 1977-ci ildə “Geridönməz proseslərin termodinamikası üzrə işlərə, xüsusən də dissipativ strukturlar nəzəriyyəsinə görə” kimya üzrə Nobel mükafatına layiq görülüb. O, 2003-cü il may ayının 28-də ABŞ-da, Texas ştatının Ostin şəhərində vəfat edib.
Beləliklə, qarşımızda dəfn edilmiş iki Priqojin var. Onların arasında hər hansı qohumluq əlaqələrinin olmasına rast gəlməsək də, eyni soyadlı insanların bir-birindən tam fərqli istiqamətlərdə fəaliyyət göstərdiklərinin şahidi oluruq. Yəhudi əsilli İlya Priqojin 20 il əvvəl vəfat edib, Yevgeni Priqojinin ölümü isə hələ də müəmma olaraq qalmaqdadır. Biri “Putinin aşpazı”, “silahlı dəstə başçısı” kimi xatırlansa da, digəri “Nobel mükafatçısı”, “kimyaçı” və elmə müəyyən töhfə vermis biri kimi yadda qalacaq.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05

