Ömrünü elmə həsr edən dünya şöhrətli azərbaycanlı
06.09.2023 [12:04]
Lütfi Zadənin anım günüdür
Günel ABBAS
“Azərbaycan mənim doğma Vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək” - bu cümlələrin sahibi dünya elmində inqilab edən dahi azərbaycanlı Lütfi Zadədir. Bəşəriyyətin gələcək inkişafının informasiya kommunikasiya texnologiyaları sahəsi ilə bağlılığına əmin olan Lütfi Zadə Azərbaycanda elm və texnologiyaların inkişafı, gənc mühəndislərin və tədqiqatçıların formalaşması üçün müasir tədqiqat mərkəzlərinin yaradılmasını arzu edirdi. O, öz müsahibələrində ölkəmizdə elm və texnologiyaların inkişafı üçün böyük potensialın olduğunu bildirir, elmlə məşğul olan insanlara qayğı göstərilməli olduğunu deyirdi.
Lütfi Əliəskər Zadə kompüter elmində qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını qoyan riyaziyyatçı və alimdir. 1921-ci il fevralın 4-də Bakıda anadan olub. Lütfi Zadə Azərbaycan gəncləri üçün ən gözəl nümunələrin önündədir. Çünki bir millətin inkişafı elmlə, biliklə olur, xurafatla deyil.
Lütfi Zadə elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb. Onun atası Rəhim Ələsgərzadə azərbaycanlıdır və Ərdəbildə doğulub, anası Fanya Korenman etnik rus-yəhudidir, Odessada doğulub və İran vətəndaşı olub. Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb. 1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə isə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. Bu vaxt onun ailəsi artıq Nyu-York şəhərinə yerləşmişdi.
O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır. Lütfi Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkeley Universitetində dərs deyib. Onu məşhurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb. Akademik dairələrdə professor Lütfi Zadənin işi mübahisəli sayılır və hətta rişxəndə də tuş gəlirdi.
Bu, qismən onun işinin başqa riyazi sahələri sorğu-suala çəkməsi və yeni nəzəriyyənin terminologiyası ilə bağlı idi. “Google Scholar” saytına əsasən Zadənin 1965-ci ildə nəşr etdiyi “qeyri-səlis çoxluq” nəzəriyyəsi 90 mindən artıq elmi əsərdə iqtibas olunub və bu riyazi konsepsiyası elektron cihazlardan tutmuş, hava proqnozunadək müxtəlif sahələrdə istifadə olunub. Nyu-Mexiko Universitetindən professor Timothy Ross deyir ki, nəzəriyyə hüdudları qeyri-müəyyən və dəqiq olmayan informasiya kütləsini araşdırırdı. “Bu, nəzəriyyə və reallıq arasında bir körpü idi”, son illər ərzində Lütfi Zadə ilə birlikdə işləyən Almaniyanın Jena Universitetinin professoru Rudolf Seising deyib.
Azərbaycanda doğulub, xaricdə yaşayan Lütfi Zadə Vətənini tərk etdikdən sonra Azərbaycana cəmi iki dəfə səfər etmişdi. İlk olaraq Lütfi Zadə Bakıya 1965-ci ildə birgünlük səfər etmiş, ikinci dəfə isə 2008-ci ilin noyabrında “BakuTel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Üçüncü dəfə 2017-ci ildə o, əbədi olaraq Vətəninə dönür. Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişir və sentyabrın 29-da Birinci Fəxri Xiyabanda dəfn edilir. Ölümündən bir ay əvvəl Lütfi Zadə müsəlman adətlərinə görə Vətənində dəfn olunmasını xahiş edən bir məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdi. Onun bu istəyi yerinə yetirilmişdi.
Lütfi Zadə elə böyük bir şəxsiyyətdir ki, Azərbaycanda torpağa qoyulanda da Vətəninə baş ucalığı gətirib. Elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadə həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma Vətəni ilə döyünüb. O yazırdı: “...Vətənimin oğlu kimi qəbul edilməyim həyatımın məğzi və şərəfimdir. Bakı və xalqım qəlbimin qaynar guşəsində özünə əbədi yer tutub”. Azərbaycan Lütfi Zadə kimi bir övladının olması ilə fəxr edir. Lütfi Zadə də öz növbəsində Vətənini, xalqını çox sevirdi. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37

