Təxribatlar…
12.09.2023 [10:10]
Səngimək bilmir
Yeganə BAYRAMOVA
Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Xüsusilə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu məqsədlə indiyə qədər bir sıra görüşlər keçirilib, bəyanatlar imzalanıb. Lakin hər görüşdən və razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib.
Avqust ayından etibarən Ermənistan silahlı birləşmələrinin təxribatları səngimək bilmir. Təxribatlar sentyabr ayında da davam edir. Belə ki, sentyabrın 1-də Ermənistan silahlı bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində hərbi qulluqçumuz Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb. Daha sonra Ordumuzun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan, saat 12:58-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub.
Həmin gün Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrimiz tərəfindən Ermənistana məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.
Sentyabrın 3-ü saat 18:10 radələrində ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələri Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Saat 01:45-dək isə Ermənistan Daşkəsən rayonunun Astaf və Naxçıvanın Şahbuz rayonunun Şada yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Sentyabrın 4-ü saat 07:20-də Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, saat 09:50-də Naxçıvanın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub.
Ermənilərin növbəti təxribatı sentyabrın 5-i saat 19:35 radələrində olub. Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Saat 21:35-dən 22:00-dək Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutulub. Saat 01:35-də isə Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Növbəti gün-sentyabrın 6-da saat 12:10 radələrində ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Saat 19:50-də Laçın rayonu istiqamətində yerləşən, saat 23:10-da Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.
Səngər qazmağa cəhd edirlər...
Sentyabrın 7-si saat 07:50 radələrində ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərimizə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Saat 10:05 radələrində təxribat Ağdamda davam edib. Ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Saat 12:35-dən 14:00-dək isə Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Təxribatlara son qoymayan Ermənistan silahli birləşmələri sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 14:00 radələrində ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Saat 19:05-də qeyri-qanuni erməni silahlı dəstələri Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa, saat 00:25 radələrində də Ağdam rayonu istiqamətində yerləşən mövqelərimiz qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Sentyabrın 9-da təxribat saat 03:55-də Naxçıvanın Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizdə davam edib. Belə ki, həmin saatlarda mövqelərimiz atıcı silahlardan atəşə tutulub. Saat 17:25 radələrində qeyri-qanuni erməni silahlı dəstələri Füzuli rayonu istiqamətində yerləşən mövqelərimizdə təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa, saat 19:15 radələrində Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Saat 23:40 radələrində Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz bir neçə dəfə atəşə tutub.
Sentyabrın 10-u saat 09:45 radələrində qeyri-qanuni erməni silahlıları Füzuli rayonu istiqamətində yerləşən mövqelərimiz qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Sentyabrın 11-i saat 01:00 radələrində isə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimiz qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Saat 13:30-da Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

