Rusiya Ermənistanın ittihamlarını qəbul etmir
21.09.2023 [11:30]
Rəsmi Moskva hesab edir ki, Azərbaycan antiterror əməliyyatını öz ərazisində aparıb
Nardar BAYRAMLI
Azərbaycan Ordusunun Qarabağda erməni hərbi birləşmələrinə qarşı antiterror əməliyyatı keçirməsi Ermənistanda gərginliyi və daxili qarşıdurmanı gücləndirib. Yaranmış vəziyyətə görə müxalifət hakimiyyəti, hakimiyyət isə Rusiyanı ittiham edir. Rəsmi İrəvan iddia edir ki, guya Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirmir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib ki, “Rusiyanın üçtərəfli Bəyanata əsasən, Qarabağı müdafiə etmək üçün aydın öhdəlikləri var və onu yerinə yetirmir”. “Rusiya Azərbaycanla uzun müddətdir əməkdaşlıq edir. Aydındır ki, 2011-ci ildən onlar Azərbaycana 5 milyard dollar dəyərində silah satmağa başlayıblar. 10 noyabr bəyanatında isə Rusiya prezidentinin imzası var. Rusiya Qarabağı qorumağa borclu olsa da, öhdəliyi yerinə yetirmir. Baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib və vəziyyəti tam izah edib. Hakimiyyətə gələndən sonra Rusiya ilə birlikdə Suriyaya getdik, bütün beynəlxalq qurumlarda Rusiyaya səs verdik, KTMT-dən çıxmadıq, Aİİ-dən çıxmadıq, amma müharibə zamanı eyni nəticəni aldıq” - deyə Qriqoryan bildirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı sadəcə qorumadı: “Qoruma arzusu varsa qoruyur, istəməsə, min səbəb tapa bilər”.
Erməni tərəfinin ittihamlarına rəsmi Moskvadan cavab özünü çox gözlətməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistan bizim çox mühüm müttəfiqimiz, tərəfdaşımızdır və bizə yaxın olaraq qalır: “Biz Azərbaycanla da əlaqələrimizi davam etdiririk, çünki bizim vacib tərəfdaşımızdır”. Peskov qeyd edib ki, ittihamlara baxmayaraq, Moskva Bakı və İrəvanla əlaqələri davam etdirir. Onun sözlərinə görə, söhbət Azərbaycanın de-yure öz ərazisindəki fəaliyyətindən gedir, ona görə də Rusiya Federasiyası ona qarşı ittihamları qəbul etmir: “Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi tanıyıb. Hazırda bütün bunlar bir sıra müddəaları əhəmiyyətli dərəcədə dəyişib və biz özümüzə qarşı bu cür qınaqları qəbul etmirik”. Kreml rəsmisi bəyan edib ki, Azərbaycanın Qarabağdakı antiterror tədbirləri öz ərazisində apardığı fəaliyyətdir.
Məsələ ilə bağlı Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov isə bildirib ki, Azərbaycanın Qarabağda antiterror tədbirləri həyata keçirməsi bütün dünya ictimaiyyəti tərəfindən anlayışla qəbul olunur. Heç bir entik təmizləmədən söhbət gedə bilməz, çünki Azərbaycan sivil və inkişaf etmiş dövlətdir. Ekspertin sözlərinə görə, baxmayaraq ki, dünya ölkələri bütün məsələlərin sülh yolu ilə həll olunmasına çağırırlar, amma Azərbaycanın Qarabağda antiterror əməliyatı keçirməsi bütün dünya ictimaiyyəti tərəfindən anlayışla qəbul olunur: “Hamı başa düşür ki, Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağın bütün ərazisində konstutusiya quruluşunu tam bərpa etmək hüququna malikdir. Hamı Ermənistanın danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını da yaxşı anlayır. Lakin bir neçə ölkə, Fransa, ABŞ və onun müttəfiqləri özlərini elə göstərir ki, guya Ermənistanla nədəsə razılaşmaq olar. Onlar bunu Ermənistanın Rusiyadan Qərbə tərəf üz döndərməsi üçün edirlər”.
S.Markovun fikrincə, Azərbaycanın antiterror tədbirləri keçirməsinin əsaslarından biri də Ermənistanın Soçi razılaşmalarını kobud şəkildə pozmasıdır: “Bu sənəd erməni silahlı birləşmələrinin Qarabağdan tam şəkildə çıxarılmasını, regionun demilitirizasiyasını tələb edirdi. İndi Qarabağ ərazisində Azərbaycan ordusu ilə döyüşən kimlərdi? Onlar məhz həmin erməni silahlı birləşmələridir, hansı ki, hələ də regiondan çıxarılmayıb. Bundan başqa Soçi razılaşması həm də regionda nəqliyyat dəhlizlərinin, Azərbaycan üçün önəmli olan Zəngəzur dəhlizinin açılmasını tələb edirdi. Bütün bu razılaşmalara Ermənistan tərəfi əməl etməyib. Üstəlik də, Paşinyan təxribatçı açıqlamaları... İkinci Qarabağ müharibəsi zamanı da o, bunu etmişdi. Ona görə də, hər kəs dəqiq anlayır ki, Azərbaycanın fəaliyyəti qanunauyğundur. Heç bir etnik təmizləmə olmayacaq. Çünki Azərbaycan sivil və inkişaf etmiş dövlətdir. Qarabağın erməni milliyyətindən olan sakinləri Azərbaycan cəmiyyətinə sakitcə inteqrasiya ola biləcəklər. Təkcə, hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə iştirak edənlərdən başqa”. O hesab edir ki, yaxın günlərdə Azərbaycan bayrağı Qarabağ ərazisindəki bütün şəhərlərdə dalğalanacaq.
Göründüyü kimi, Ermənistanın siyasəti bütün istiqamətlərdə fiaskoya uğrayıb. Öz yanlış siyasətinin səhvlərini Rusiyanın üzərinə yıxmağa çalışan Ermənistan hakimiyyəti hazırda çox ağır günlərini yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

