Sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə çağırırıq!
21.09.2023 [11:40]
Dünya azərbaycanlılarından dünya dövlətlərinə müraciət
Günel ABBAS
Məlum olduğu kimi, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Hadisələrin dünya ictimaiyyətinə geniş və düzgün şəkildə çatdırılması üçün bəyanatlar və müraciətlər ünvanlanmağa davam edilir. Bu prosesdə dünya azərbaycanlıları da öz fəallıqlarını nümayiş etdirirlər.
Belə ki, dünya azərbaycanlıları Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Yeni Azərbaycan”a verilən məlumata görə, bəyanatda deyilir:
“Biz - xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları böyük kədər hissi ilə bəyan edirik ki, sentyabrın 19-da Azərbaycanın daha 6 vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Dörd polis və iki mülki şəxs 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərində xidməti vəzifələrini yerinə yetirərkən yeni çəkilmiş yolda Ermənistan istehsalı olan minalara düşərək həyatlarını itiriblər.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bitən gündən bəri - 10 noyabr 2020-ci ildən bugünədək 320 Azərbaycan vətəndaşı 2020-2023-cü illərdə Ermənistanda istehsal olunmuş minalardan zərər çəkib. Onlardan 67 nəfəri həlak olub, 314 nəfəri yaralanıb. Rəsmi İrəvan mina xəritələrini Bakıya təqdim etməkdən imtina edib və Azərbaycan ərazilərini yeni minalarla çirkləndirməkdə davam edib. Bu isə 30 illik işğal dövründə Ermənistanın darmadağın etdiyi Azərbaycan ərazilərində tikinti-bərpa işlərinə mane olmaqla yanaşı, orada çalışan insanların həyatına ciddi təhlükə törədir. Eyni zamanda 30 il öz doğma yurduna həsrət qalan 750 mindən çox azərbaycanlı məcburi köçkün müharibənin 3 ildir başa çatmasına baxmayaraq, Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən hələ də öz evlərinə qayıda bilmir.
Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.
Bundan başqa, Ermənistan 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış ?çtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazilərində saxlamaqda və qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edir. Bu isə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən sentyabrın 19-da Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə ?çtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
İkinci Qarabağ müharibəsində olduğu kimi, indi də görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəf almır. Bölgədə sülh və sabitliyin bərqərar olmasının yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması və separatçı rejimin buraxılmasıdır.
Biz dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən dərhal və tamamilə çıxarması, mina xəritələrini Azərbaycana təqdim etməsi və ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalaması üçün təsir göstərməyə çağırırıq. Biz, dünya azərbaycanlıları doğma vətənimiz Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğumuzu bəyan edirik”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

