Qərbi Azərbaycana Qayıdış
26.09.2023 [10:18]
Milli Məclisdə dinləmə keçirilib
Günel ABBAS
Sentyabrın 25-də Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlar, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Baş prokurorun müavini Elmar Camalov bildirib ki, 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib: “Zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmışdır. Eyni zamanda, 15 nəfər şəxsin isə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən erməniəsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət almaları müəyyən edilmiş həmin şəxslər və onların qohumları müəyyən edilərək zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib”.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli vurğulayıb ki, 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənmədi: “Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insanımız bədən xəsarət aldı, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovuldular və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruldu. Yeraltı və yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi zərəri isə heç bir məbləğlə əvəz etmək olmaz”.
İcma rəhbəri xatırlatma edərək Prezidentin Qərbi azərbaycanlılarla görüşdə bir sıra mühüm məsələlər, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı qarşıya vəzifələr qoyduğunu söyləyib. O, sözügedən konsepsiyanın bir ay müddətində hazırlanaraq, təsdiq edildiyini deyib. Bildirib ki, sənəddə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. O, soydaşlarımızın həmin ərazilərə qayıtdıqdan sonra təhlükəsiz yaşaması məsələsinin həll olunmasının vacibliyindən də danışıb. Qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı tələbi beynəlxalq hüquqa tam uyğundur. Bu istiqamətdə beynəlxalq müstəvidə də ardıcıl iş aparılmalıdır. Bu mənada, Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılması mühüm əhəmiyyət kəsb edir. İcma sədri bu istiqamətdə Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyət göstərdiyini söyləyib.
İdarə heyətinin sədri müzakirəyə çıxarılan mövzunun mühüm siyasi-hüquqi xarakter daşıdığını deyib. O, məsələnin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra yaranmış yeni reallıqlar kontekstində vacibliyindən bəhs edib. Ə.Ələkbərli soydaşlarımızın öz əzəli torpaqlarına qayıdışının bütün Azərbaycan xalqının hədəfi olduğunu, bu mənada aparılan müzakirələrin milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib. O, xalqımızın yaşadığı humanitar faciənin fəsadlarının aradan qaldırılmasının, insanlarımızın pozulmuş hüquqlarının bərpasının, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra Milli Məclisin deputatları, hüquqşünaslar, Qərbi Azərbaycan İcmasının üzvləri, tarixçilər azərbaycanlıların indiki Ermənistandan - öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımdan qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17

