Siyasi fitnəkarlıq...
26.09.2023 [11:46]
Makron növbəti dəfə ermənipərəst mesajlar ötürür
Günel ABBASOVA
Fransa dövləti artıq uzun illərdir Azərbaycana qarşı mövqe sərgiləyir və qeyri-adekvat hal alan bu kimi davranışlar günü-gündən daha da güclənir. Ölkənin prezidenti Emmanuel Makron başda olmaqla Fransa parlamentinin əksər deputatları, siyasi dairələri, şəhərlərin rəhbərləri açıq-aşkar dövlətimizə qarşı düşmənçilik siyasəti yürüdür və bunu "demokratiya", "humanizm" pərdəsi ilə ört-basdır etməyə çalışırlar. Təcavüzkar, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan çox insanın bəlalarına səbəb olan, şəhər və kəndlərimizi məhv edən erməniləri, Ermənistanın siyasi hakimiyyətini "yazıq" və "hüquqları pozulan" kimi dünyaya təqdim etmək, onların tərəfində durmaq Fransanın dövlət siyasətinə, ən ali məqsədinə çevrilib.
Bu gün ermənilərin taleyindən bu ölkələrin rəhbərlərindən daha çox Makron və onun yandaşları narahatdır. Ötən günlərdə də Fransa Prezidenti TF-1 telekanalının efirində Ermənistanı dəstəkləyən ifadələrlə çıxış edib. Makron həmçinin Rusiyanın Azərbaycanla həmrəy olması və Türkiyənin hər zaman Azərbaycanın yanında olması ilə bağlı iddialar səsləndirərək, Fransanın da Ermənistan xalqını dəstəkləyəcəyini bildirib. “Biz Ermənistana siyasi və humanitar dəstəyi davam etdirəcəyik”. - deyə Makron ermənilərə mesaj ünvanlayıb.
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Fransa və Almaniya bu gün özünü "demokratik" donda qələmə verməyə çalışsalar da, bu ölkələrin tarixi onların bəşəriyyətə qarşı törətdiyi faciələrlə doludur və uzun illər müstəmləkəçilik siyasəti yürütdüklərini göstərir: “Həmin dövlətlər bu gün də öz çirkin məqsədlərini həyata keçirirlər. Bu Azərbəaycana qarşı münasibətdə də özünü aydın göstərir. Çünki bu gün hər iki dövlət dünyada iğtişaşalar yaratmaq, ölkələri əsarət altına almaq, onlara təsir göstərmək yolunu tutublar. Əlbəttə ki, müasir dövrdə bu qəbul edilən deyil. Bu gün xalqlar da, dövlətlər də öz yolunu seçməyi bacarırlar. Azərbaycan da tarixən azadlığı, müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz siyasəti ilə dünyaya göstərdi ki, ordunu möhkəmləndirmək, xalqı birləşdirmək və qələbəyə nail olmaq mümkündür. 44 günlük müharibə bütün dünyaya xalqımızın mübarizəsini göstərdi. Ancaq bu qalibiyyəti nə Fransa, nə Almaniya qəbul etmək iqtidarında deyil. Halbuki özlərini klassik demokratiyanın müdafiəçisi kimi qələmə verən bu dövlətlər daha çox Azərbaycanın öz torpaqlarını azad etməsini beynəlxalq normalar kimi qiymətləndirməlidirlər. Ancaq onlar tam əksinə separatizmə, silahlı qarşıdurmaya dəstək verirlər. Bu, siyasi fitnəkarlıqdır. Bu, beynəlxalq normalara sayğısızlıqdır. Hansı ki, özlərini demokratik dövlət adlandıran Fransa və Almaniya bunu edir”.
Xəbər lenti
Hamısına baxDünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29

