Yuxumuz şirin olsun...
28.09.2023 [11:32]
Tez və gec oyanmağın orqanizmə təsiri
Vaxtaşırı olaraq yuxunun bədənə və zehnə necə təsir etdiyi barədə məlumatlarla qarşılaşırıq. Hər kəs bilir ki, yuxu bədənin özünü yenilədiyi vaxtdır və az istirahət insan orqanizmində daha çox problem deməkdir. Lakin bəzən işlərin və ya dərslərin çoxluğu, bəzən də ekran qarşısında saatlarla vaxt keçirmək kimi səbəblərdən yuxumuzu yetəri qədər almırıq. Tədqiqatlar isə göstərir ki, yetkin insanlar orta hesabla 6-8 saat yatmalıdır.
Elmi araşdırmalara görə, insanın öz gücünü tam bərpa etməsi üçün 12 saat istirahət və yuxu lazımdır. Lakin vacib deyil ki, 12 saatı yuxuya həsr edəsiniz. 8 saat normal yuxu kifayətdir, amma əsas məqamlardan biri saat neçədə yatmaqdır.
Saat 19-21 arası yatdıqda...
Bir çoxları gecə saatlarında yuxuya gedib, səhər 9-10-da oyanaraq, 8 saatı başa vurduğundan arxayın olur. Lakin yuxu hesablamasına görə, insanın saat neçədə yatmasından asılı olaraq onun yuxu saatı hesablanır. Belə ki, axşam saat 19-21 arası yatdıqda, bu müddət 6-7 saat yuxuya bərabərdir.
Saat 20 - 22 arası yatmaq 6 saat yuxu, 22 -24 arası yatmaq 4 saat yuxu, gecə 12-dən 2-ə kimi yatmaq 2 saat yuxu, gecə saat 2-4 arası yuxu isə cəmi 30 dəqiqə yuxuya bərabərdir.
Səhərəyaxın yatmaq isə cəmi 15 dəqiqə yuxu almaq deməkdir.
Göründüyü kimi, gecə 2-dən sonra yatmaq səhərə kimi 8 saat yuxu etmir. Saata baxdıqda siz 8 saat hesablaya bilərsiniz, amma yuxu fazalarına görə orqanizm cəmi 1-2 saat yatmış hesab olunur.
Bu saatlarda yatsanız...
Ən qiymətli və uzun yuxu vaxtı saat 21-23 arasıdır. Əgər bu saatlarda yatsanız, sonra yatmasanız belə, elə hesab edilir ki, 6-7 saat yatmısınız. Çünki məhz bu saatlar arası yuxuda orqanizm gücünü bərpa edir, beyin təmizlənir, hormonlar qaydasına düşür. Düzgün vaxta yatmadıqda xroniki yuxusuzluq, yorğunluq sindromu başlayır, orqanizm məhv olur.
Yuxu niyə önəmlidir?
Milyonlarla insan üzərində aparılan epidemioloji tədqiqatların nəticəsi əsasında bu sadə fakta varmaq olar: nə qədər az yatarsan, ömrün bir o qədər qısalar. Yəni qocalmamaq və mümkün qədər sağlam qalmaq istəyirsinizsə, yaxşı gecə yuxusuna sərmayə qoymalısınız.
Yuxusuzluğun əsas səbəblərindən biri işlərin çoxluğudur. Bir çox insan işlərini tamamlamaq üçün yuxusuz qalmağı seçsə də, bu, uzun müddətdə məhsuldarlığa mənfi təsir göstərir. Yuxusuzluğun səbəb olduğu və nəticədə məhsuldarlığı aşağı salan bəzi təsirlər bunlardır:
Yavaş reaksiya
Bədən kifayət qədər istirahət etmədikdə beyin yorğun olur, buna görə də konsentrasiyanı asanlıqla itirə və ya ləng davrana bilirsən. Bədən hərəkətlərin?? yavaşlaması isə öz növbəsində ətrafındakı dəyişikliklərə reaksiya sürətini azaldır. Bunlar şəxsi həyatın bir kənara, karyerana ciddi zərər verə bilər.
Səhv etməyə meyillilik
Yetəri qədər yatmadıqda səhv etmək ehtimalı normal yuxu alan insanlarla müqayisədə xeyli yüksəkdir. Bu, istənilən fəaliyyətdə problem demək olsa da, xüsusən iş yerində həssas və ya həyati mərhələləri idarə edərkən olduqca risklidir.
Yaradıcılığın zəifləməsi və yaddaşsızlıq
İş zamanı beyin adenozin toplayır, bu birləşmə zehni yuxuya doğru manipulyasiya edir. Belə məqamda problemləri əsaslandırmaq və tənqidi təhlil etmək qeyri-mümkün olur. Əgər kifayət qədər istirahət edilməsə, problem davam edəcək.
Yəqin ki, yuxusuzluq problemi yaşayan hamının ən ümumi problemlərindən biri yaddaşsızlıqdır. Kifayət qədər yatan zaman beynin yaddaş seqmenti detallara daha çox diqqət yetirir. Beynini çoxlu məlumatla doldurmaq və az yatmaq isə məlumatın sonradan itirilməsinə səbəb olur. Beləliklə, xüsusilə işləyərkən və ya oxuyarkən yeni bacarıqlar öyrənmək qabiliyyəti zəifləyir.
Çox yatmağın mənfi tərəfləri
Az yuxunun təsirlərindən tez-tez danışılır, amma məsələnin digər tərəfini də unutmamaq lazımdır: həddindən artıq yuxu... Bu özü də keyfiyyətsiz yuxunun əlaməti olduğu üçün, bədənimiz keyfiyyəti alana qədər yatmaq istəyir, bu proses isə sanki sonsuz bir döngəyə girir.
Səkkiz saatlıq yuxudan sonra hələ də yorğun və halsız hiss edilərsə, tamamilə fərqli bir problem ola bilər. Uzun müddət mürgüləməyə məcbur edən və keyfiyyətsiz yuxuya səbəb olan bir çox fərqli problemlər var. Həddindən artıq yuxu bizi qan dövranını stabil saxlamaq üçün vacib olan fiziki fəaliyyətdən məhrum edir. Belə ki, əgər, 8 saatlıq yuxudan sonra belə gözlərimizi çətinliklə açırıqsa, həkimə getmək vaxtı gəlmiş ola bilər...
Keyfiyyətli yuxu üçün nə etməli?
Əgər özünüzü müntəzəm olaraq yorğun və ya yuxulu hiss edirsinizsə bu, kifayət qədər keyfiyyətli yuxu almadığınıza işarədir. Problemi həll etmək üçün isə bir çox yol var. Əvvəlcə bir yuxu rejimi qurmaq lazımdır. Çox gec olmayan bir yuxu saatı seçdikdən sonra, bu vaxta qədər sakitləşmək üçün bəzi məşğuliyyətlər tapıla bilər. Məsələn: kitab oxumaq, meditasiya etmək və s. Yuxunuz şirin olsun...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

