TÜBİTAK: 2026-cı ildə peykimiz Aya uçacaq
04.10.2023 [15:30]
MÜŞFİQƏ
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) olaraq 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresində iştirak etməkdən çox məmnun və qürurluyuq. Azərbaycanın uğuruna öz uğurumuz kimi sevinirik.
Bu fikirləri Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində “Yeni Azərbaycana”a açıqlamasında TÜBİTAK-ın nümayəndəsi DR. Alime Özyıldırım deyib.
“Burada ziyarətçilərin xüsusi marağı ilə qarşılaşırıq. TÜBİTAK stendində müxtəlif avadanlıqlarımızı və məhsullarımızı, xüsusilə də kosmosla bağlı fəaliyyətimizi görə bilərsiniz. Bildiyiniz kimi, aprelin 15-də Yüksək Rezolyusiyaya malik Görüntü Peykimizi (İMECE) Kosmosa göndərdik. Peykimizin fəaliyyəti yüksək səviyyədə davam edir. Olduqca uğurlu görüntülər əldə edirik. Qeyd edim ki, texnoloji hazırlıq səviyyəsi ən yüksək olan həmin layihə çərçivəsində hazırladığımız avadanlığı da burada nümayiş etdiririk. Eləcə də Aya sərt eniş edəcək avadanlığımızın bir hissəsini də burada sərgiləyirik”, - deyə o, qeyd edib.
Şirkətin nümayəndəsi həmçinin bildirib ki, hazırda TÜBİTAK ilə birgə bu kosmik aparat inkişaf etdirilir.
“Bizim kimi, eynilə azərbaycanlı qardaşlarımızın da sevinəcəyi bir xəbəri bölüşmək istərdim. Belə ki, 2026-cı ildə peykimiz Aya uçacaq və təxminən 3 ay orada qalacaq. Bir sıra eksperimentlər aparıb məlumat toplayacağıq. Daha sonra ikinci missiyamız olan yumşaq eniş üçün lazımi məlumatları qeyd edəcəyik. Daha sonra Aya sərt enişi həyata keçirəcəyik”, - deyə nümayəndə əlavə edib.
Xatırladaq ki, oktyabrın 2-də Bakı Konqres Mərkəzində Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tətəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi işinə başlayıb. Oktyabrın 6-dək davam edəcək konqresin işində kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılıb.
Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur. Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.
Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18

