Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Prezidenti: Qafqazlarda qan tökülməsinə son qoyulması siyasətimizin prioritetidir

Türkiyə Prezidenti: Qafqazlarda qan tökülməsinə son qoyulması siyasətimizin prioritetidir

07.10.2023 [14:58]

Siyasətimizin prioriteti Yaxın Şərqdən Qafqazlara qədər, Balkanlardan Qara dənizədək olan bütün ərazilərdə qan tökülməsinə son qoymaqdır. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 4-cü növbədənkənar konqresindəki çıxışında söyləyib. 

Türkiyə Prezidenti deyib: “Regional və qlobal tarazlaşdırmanın əsas ölkəsinə çevrilən Türkiyənin bu yoldan geriyə dönməsi əsla baş verməyəcək. Bu gün burada bir daha bəyan edirəm: böyük və güclü Türkiyənin doğuşuna mane ola bilməyəcəksiniz. Türkiyə əsrinin yüksəlişinə əngəl ola bilməyəcəksiniz. Türk millətinin min illər boyu dövlətçilik və mədəniyyət ənənəsinin inkişafının qarşısını ala bilməyəcəksiniz. Məzlumların ahı ilə inləyən dünyanın ədalət və mərhəmətlə yenidən dirçəlməsinə əngəl ola bilməyəcəksiniz. İnsanlığın haqq səsi olan hüquq və həqiqət uğrunda mübarizəmizin yayılmasına əngəl ola bilməyəcəksiniz. Əsrlərdir dünyada davam edən müstəmləkə və zülm düzəninin çökməsinin qarşısını ala bilməyəcəksiniz”.

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31