Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Stokholmda film təqdimatı olub
27.10.2023 [22:30]
İsveçin paytaxtı Stokholmda “Heydər Əliyev İli” çərçivəsində qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə isveçli film mütəxəssisi Mikael Silkebergin “Odin kodu” adlı sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin qanı və canı bahasına torpaqlarımızın düşmən tapdağından tam azad edilməsinin Azərbaycan tarixinin ən vacib məqamlarından biri olduğunu bildirib. Qazanılan Qələbəni beynəlxalq hüququn və tarixi ədalətin təntənəsi adlandıran Zaur Əhmədovun sözlərinə görə, sevindirici haldır ki, bu gün belə bir bayram Azərbaycanın və onun zəngin mədəniyyətinin böyük dostu Mikael Silkeberg tərəfindən ərsəyə gətirilmiş, Skandinaviya və Azərbaycan arasında tarixi əlaqələrə həsr olunan "Odin kodu" sənədli filminin təqdimatı ilə qeyd olunur.
Daha sonra çıxış edən filmin rejissoru Mikael Silkeberg UNESCO üzrə Azərbaycan Milli Komissiyasına və Azərbaycanın İsveçdəki səfirliyinə filmin ərsəyə gəlməsində verdikləri dəstəyə görə minnətdarlığını bildirib. Qeyd olunub ki, bu film Azərbaycan və Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən və bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyahətçi Tur Heyerdalın ölkəmizə səfəri, Ümummilli Lider Heydər Əliyevlə görüşlərdə səsləndirilən fikirlər və ortaya qoyulan hipotezalardan ilhamlanır. Tarixi əlaqələrimizin yeni metodikalara əsaslanmaqla öyrənilməsinə böyük əhəmiyyət verən alimlər və tarixçilər ölkəmizlə Skandinaviya regionu arasındakı bağları təhlil edir.
Daha sonra “Odin kodu” sənədli filmi nümayiş olunub.
Təqdimat mərasimində İsveç ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə və Azərbaycan diasporunun təmsilçiləri də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44

