Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın xarici işlər naziri BƏƏ Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri BƏƏ Prezidenti ilə görüşüb

01.11.2023 [09:25]

Oktyabrın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Görüş zamanı Azərbaycan və BƏƏ arasında əməkdaşlıq gündəliyinin genişləndirilməsində ali və yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb.

Diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində iki ölkənin İslam həmrəyliyi, dostluq, qardaşlıq prinsipləri əsasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün səy göstərdiyi məmnunluqla qeyd olunub.

Həmçinin Azərbaycan və BƏƏ arasında mövcud çoxşaxəli nümunəvi əməkdaşlıq gündəliyinin davam etdirilməsi, turizm, təhsil, yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığın daha da genuşləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31