Vətənin əli qələmli əsgəri...
09.01.2024 [11:30]
Salatın Əsgərovanın şəhid olmasından 33 il ötür
Günel ABBAS
Deyirlər, insanın adı, soyadı onun ömür bələdçisidir. Təsadüfi deyil ki, dastanlarımızda bu məqama xüsusi həssaslıqla yanaşılır. Salatın isə soyadında olduğu kimi Vətəninin əli qələmli əsgəri idi. Azərbaycanın çaxnaşma dövrlərində cəbhədən, qızğın döyüşlərdən çox uzaqda yaşamağımıza baxmayaraq, şəhərdə uzun-uzadı çörək növbələrində, günlərlə işığa, qaza həsrət zamanlarda ömür sürdüyümüz vaxt, səngərdə düşmənlə üz-üzə oğullar dayanırdı. Onların gününü, güzəranını, yaxından müşahidə etmək, cəbhədə gedən olayları təsvir etmək üçün azsaylı insanlar cəsarət nümayiş etdirib cəbhə bölgəsinə yollanırdı.
O dövr üçün qlobal olan Qarabağ məsələsi, Azərbaycanın ərazi bütövlüyü, erməni qəsbkarlarına qarşı igidliklə vuruşan oğullarımızın şücaəti həyatının son üç ilində Salatın Əsgərovanın jurnalistik fəaliyyətinin aparıcı mövzularını təşkil edirdi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları, yaxınları ondan bərk nigaran qalar, döyüş bölgəsinə getməyinə mane olmağa çalışardı... lakin bu cəhdlər heç bir nəticə verməzdi. Çünki Salatın Əsgərovanı cəbhə xəttinə çağıran səs daha qüvvətli idi. Bu, darda qalan, övladlarının sevgi və fədakarlığına ehtiyac duyan Vətənin səsi idi. Onun köksündə ?ətən sevgisi ilə dolu bir ürək döyünürdü, buna görə də o səsə biganə qala bilməzdi. Ailəli idi, bir oğlu vardı, hər gün öpüb-qucaqlayıb bağrına basdığı, həyatının anlamı bildiyi övladı üçün canını qurban verərdi. Amma o, övladını azad və xoşbəxt vətəndə böyütmək istəyirdi. Buna görə də Qarabağda gedən gərgin döyüşləri aləmə hayqırmaq, səsini hamıya çatdırmaq üçün cəbhə bölgəsinə gedirdi. Peşəsinə sadiq olan bu qorxmaz qadın Qarabağın ən odlu nöqtələrində olurdu. “Molodyoj Azerbaydjana” qəzetinin oxucuları onun doğma torpağa məhəbbət, azğın düşmənə nifrətlə dolu oçerklərini, yol qeydlərini səbirsizliklə gözləyirdilər. Onun həqiqəti söyləyən, erməni faşizminin iç üzünü açan yazıları düşmənin qəlbinə ox kimi sancılırdı...
Onun fəaliyyətindən söz açmağımız əbəs deyil, çünki bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın şəhid olduğu gündür.
Şəhid jurnalistin həyat və fəaliyyətinə nəzər...
Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbi əla qiymətlərə başa vurub. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub.
İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlib. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub və elə oradaca qətlə yetirilib. Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlandırılıb. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafat onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulub.
Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

