Özünüifşa...
11.01.2024 [10:33]
Arif Hacılının “Elçibəy İnstitutu”ndan istefasının səbəbləri
İllərdir ki, siyasi manipulyasiyanı peşəyə çevirmiş rediküllər bu yolla özlərini siyasi arenada qorumağa çalışır. Özlərini hansısa “siyasi irsin” davamçısı elan etmiş bu qruplaşma əslində bu mahiyyətdən də maliyyə və qazanc üçün istifadə edirlər. Başqa sözlə, istismara məruz qoyduqları “siyasi yol” onlar üçün asan qazanc, ermənipərəst dairələrlə işbirliyinin daha da rahatlandırılması, maliyyə ianələri üçün pərdə rolunu oynayır.
Maraqlıdır ki, min bir təriflə “yaratdıqları” birlik və qrupları isə qısa zamanda məhvə məhkum olur. Bunun da bir sıra obyektiv səbəbləri var:
- Həmin qruplar və ya “qurumlar” səmimi ideoloji yükə malik olmur;
- Bu birliklər yalnız maddi mahiyyətə əsaslanır;
Həmin birliklərin dağılmasının kökündə isə maddi razılıqların əldə olunmaması, tərəflərdən birinin və ya birilərinin bu “siyasi irsi” daha çox istismar etməsi və pul qazanması kimi amillər dayanır.
Bu dəfə də analoji halın şahidinə çevrildik. Müsavat Partiyasının sədri Arif Hacılı sosial şəbəkə hesabında “Elçibəy İnstitutu”ndan istefa verdiyini açıqlayıb. O, qurumun digər üzvlərinin sabiq prezident Əbülfəz Elçibəyin adından şəxsi maraqlar üçün istifadə etdiyini iddia edib: “Təsisçilərindən biri olduğum “Elçibəy İnstitutu” adlı qurumdan istefa verirəm. Səbəb “Elçibəy İnstitutu”nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir”.
Göründüyü kimi, ənənəvi “dostlaşma”, “qruplaşma” və “ayrılma” mexanizmi “Elçibəy İnstitutu”ndan da “yan” keçmədi. Arif Hacılı söhbətin kimdən getdiyini açıqlamasa da, tuşlanan “xətkeşin istiqamətləri bəllidir...
Maraqlısı isə budur ki həmin təşkilatın üzvləri A.Hacılının bi “istefasının” nədən, kimdə və haradan qaynaqlandığını “bilmirlər”. Belə ki mətbuata açıqlama verən “Elçibəy institutu”nun üzvləri üçün bu istefa onlar üçün “gözlənilməz” olub. Məsələn, özünü “Elçibəy İnstitutu”nun aparıcı üzvlərindən sayan O.Qasımov deyib ki, son dövrlərdə “Elçibəy İnstitutu”nun fəaliyyətində ciddi aktivlik yoxdur: “Hər kəs fərdi qaydada öz fəaliyyəti ilə məşğul olur. Arif bəylə kimlərinsə ziddiyyətinin olması barədə heç bir məlumatım yoxdur. O baxımdan bu suallara cavab vermək mənə çətinlik yaradır”.
Qiyas Sadıqov isə Arif Hacılının il yarımdır ki, institutun iclaslarında iştirak etmədiyini, amma münasibətlərində bir az soyuqluq olduğunu bildirib. “Publik cəhətdən hər hansı bir siyasi məsələdə fikir ayrılıqlarımız olmayıb. Onun kimə görə bu bəyanatı verdiyini demək mənim üçün çətindir”.
Xatırladaq ki, 2020-ci ilin 17 noyabrında “ictimai birlik” statusu ilə yaradıldığı bəyan edilən “Elçibəy İnstitutu”nun “əsas qayəsi” kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək idisə, bunu alt qatında nələrin gizləndiyini hər kəs bilirdi - yenicə II Qarabağ müharibəsində qələbə qazanan Azərbaycana qarşı ermənipərəst mərkəzlərin oynayacağı siyasi oyunların, təşkil ediləcək təzyiq kampaniyalarının əsas “təkanverici qüvvəsi” kimi çıxış etmək bu institutun təsisçilərinə verilmiş “sifariş idi”. Həmin “institut”un təsisçilərinin kimliyi hər şeydən xəbər verir - İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov, Pənah Hüseyn...
Bu siyahıda yer alan Əli Kərimlinin və bəzilərinin “amal” və “məqsəd”ləri haqda xüsusi təqdimata ehtiyac yoxdur. Onların pul qazanmaq üçün dövlətə və xalqa xəyanətləri barədə saatlarla danışmaq olar - görünür, maraqların toqquşması yenidən özünüifşaya yol açıb. Belə olmasaydı, Arif Hacılı özünün “istefa ərizəsində” şəxsi maraqları naminə istifadə məsələsini qabartmazdı.
Bəli, hər şeyi özləri etiraf edir - onlar üçün iddia etdikləri, “Elçibəy yolu” da, “Rəsulzadə yolu” da yalnız asan “qazanc yolu”dur. Onlar hər hansı bir “siyasi irsin” davamçısı və ya qoruyucusu da ola bilməzlər - xalqının marağını qorumayan, onu ermənilərə pul qarşılığında satanlar üçün yeganə yol “axırıncı yol”dur...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

