Qəbuledilməzdir!
12.01.2024 [10:35]
Azərbaycan ictimaiyyəti Bəyanat yaydı
Yeganə BAYRAMOVA
Son günlər Fransanın Evian-le Bən şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin təhqir olunması ilə bağlı məsələ davamlı müzakirə olunur. Belə ki, Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb. Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb. Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.
Azərbaycan ictimaiyyəti adından Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul edilib. Azərbaycanın bir qrup ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimi, vətəndaş cəmiyyəti təmsilçiləri Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırlar. İctimaiyyət abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndirir.
Azərbaycan ictimaiyyəti adından yayılan bəyanatda qeyd olunub ki, Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır. Bildirilib ki, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub: “Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan, eyni zamanda, Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır”.
Baş verənlər təsadüfi görünmür...
Bəyanatda bildirilib ki, Evian-le Bən şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində azərbaycanofobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir. Qeyd olunub ki, bu gün Natəvan obrazı həm də yeni çalarlar qazanaraq, özündə Şuşa Zəfərini, Xankəndi Qələbəsini təcəssüm etdirir. Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər təsadüfi görünmür: “Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-le Bən şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək”.
Günahkarlar cəzalandırılmalıdır...
Azərbaycan ictimaiyyəti Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırır: “Biz Fransanın Azərbaycandakı səfirinə indiyədək getməkdən imtina etdiyi Şuşada Natəvanın abidəsini ziyarət etməyə mənəvi borcu olduğunu xatırladırıq. Yelisey sarayı Azərbaycan bədii fikrinin və mədəniyyətinin görkəmli xadiminə qarşı bu hərəkətlər, azərbaycanlı diplomatların, jurnalistlərin Fransadan çıxarması əvəzinə, Parisdəki Azərbaycan səfirliyinə edilmiş hücumu araşdırmalı, günahkarları cəzalandırmalıdır. Bu, bütün Azərbaycan ictimaiyyətinin gözləntisi və tələbidir”.
Natəvan Qarabağın, Şuşanın simvoludur...
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Ülviyyə Həmzəyevə mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamsında bildirib ki, baş verənlər bizi istəməyən qüvvələrin vandalizmidir. Onun sözlərinə görə, məlumdur ki, heykəl böyük əziyyətlər bahasına ərsəyə gəlib: “Həm yerli, həm də fransız mədəniyyət xadimləri məsələyə biganə qalmamalıdırlar. Sənət əsərinə qarşı belə hərəkət etmək olmaz. Parkın ən gözəl yerində ağ mərmərdən möhtəşəm bir heykələ qarşı düşmənçilikmi olar?! Bədnamlar ona görə Natəvanın heykəlini görmək istəmirlər ki, çünki o, həm də Qarabağın, Şuşanın simvoludur. Fransanın mədəniyyət xadimləri bu hadisəyə biganə yanaşmamalıdırlar”.
Fransa öz imicinə xəyanət edir
Ü.Həmzəyevanın sözlərinə görə, mədəniyyət həmişə qara qüvvələrə qalib gəlib: “Ümid edirəm ki, bu məsələdə də belə olacaq, heykəl yerində qalacaq. Natəvanın heykəlini götürməklə onlar həm də öz incəsənətlərinə, Aleksandr Dümaya xəyanət etmiş olurlar. İncəsənətimizi vandallardan qorumaq hamımızın borcudur”.
Fransanın qərəzli mövqeyini nəzərə çatdıran millət vəkili bu addımların onları beynəlxalq arenada nüfuzdan salacağını vurğulayıb: “Baş verənlər bütövlükdə, ümumbəşəri dəyərə olan mövqedir. Şairənin heykəlinə qarşı törədilən vandalizm ədəbiyyata qarşı həqarətdir. Ədəbiyyatın etnik mənsubiyyəti yoxdur.
Bu gün Fransada edilənlər əsla doğru hesab oluna bilməz. Çünki dəyərlər müqəddəs olmalıdır. Bu gün Fransa həmin dəyərləri qoruya bilmir. Bu isə dünyaya özünü mədəniyyətin, demokratiyanın beşiyi kimi təqdim edən Fransanın imicinə zərbədir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

