Yeni missiyanın başlanğıcı...
12.01.2024 [10:47]
7 fevral seçkilərinin keçirilməsini mühüm amillər şərtləndirir
Nardar BAYRAMLI
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.
Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Bu amil müasir tariximizin yeni mərhələsinin başlanğıcı sayıla bilər. Dövlət başçısı tərəfindən 7 fevral tarixində prezident seçkilərinin keçirilməsi haqqqında qərarın verilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu seçkiləri şərtləndirən amillər sırasında dövlətimizin başçısı ilk olaraq suverenliyimizin tam bərpasını əsas səbəb hesab edir. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində bildirib: “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir”. İlham Əliyev ikinci səbəb kimi, seçkilərin ərazilərimizin hər bir yerində keçirilməsini göstərib. Ərazi bütövlüyü şəraitində məhz ilk seçkilər prezident seçkiləri olmalıdır. “Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir”,-deyə dövlət başçısı müsahibədə vurğulayıb.
Ümumiyyətlə, İlham Əliyev 2003-cü ilin oktyabrında ilk dəfə dövlət başçısı seçilərkən hər bir azərbaycanlının Prezidenti olacağını bəyan etmişdi və belə də oldu. Dövlətimizin başçısı ötən dövr ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə torpaqlarımızın erməni işğalından azad olunması, suverenliyimizin tam təmin edilməsi Prezident-Xalq birliyinin sarsılmazlığı sayəsində gerçəkləşdi. Bütün bunların fonunda fevralın 7-də keçiriləcək prezident seçkiləri İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstərici olacaq. Dövlət başçısının dediyi kimi, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi.
Qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, qarşıda yeni hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün yeni mərhələdə prezident seçkiləri müstəsna əhəmiyyət kəsb edir. Yeni dövrdə əsas hədəflər sırasında Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi, “Böyük Qayıdış”ın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşdırılması və digər məqamlar var. Məhz bu hədəflərin reallaşdırılması nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək. Azərbaycan xalqı 7 fevral seçkilərində fəal iştirak etməklə bu yeni inkişaf mərhələsini dəstəkləmiş olacaq!
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

