Vitamin D qəbulu...
19.01.2024 [12:32]
Çox içmək bu xəstəlikləri yaradır
Yeganə BAYRAMOVA
Mütəxəssislər immun sisteminin güclənməsi üçün müxtəlif vitamin komplekslərinin qəbulunu zəruri hesab edirlər. Bu sırada D vitamini xüsusi yer alır. Böyüklər və uşaqlar günəş və qidalardan kifayət qədər D vitamini almadıqları zaman vitamin əlavəsi istifadə edilməlidir. Bu isə mütləq şəkildə həkim nəzarəti altında və deyilən miqdarda olmalıdır.
Tədqiqatlar göstərir ki, D vitamini sümük sağlamlığı üşün çox faydalıdır. Lakin bu vitaminin orqanizmdə norma daxilində olması lazımdır. Çünki D vitamini orqanizmdə toplanma xüsusiyyətinə malik olduğu üçün onun çoxluğu ürəkdə ritmik pozulmalar, böyrəklərdə daş kimi bir çox problemlərə yol aça bilər.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən terapevt Şəmsiyyə Namazlının sözlərinə görə, yüksək miqdarda D vitamininin qəbulu mənfi yan təsirlərə səbəb ola bilər. O, qeyd edib ki, D vitamininin toksikliyi, yan təsirlərin yaranması əsasən qanda kalsiumun artması ilə əlaqədardır: “D vitamini, A, D, E və K vitaminlərini ifraz edən, yağda həll olunan vitaminlər ailəsinə aiddir. Bu vitaminlər yağla yaxşı mənimsənilir və qaraciyərdə və yağ toxumalarında saxlanılır. Bir çox vitaminlərdən fərqli olaraq D vitamini adlandırılan “Xolekalsiferol” əslində bir hormondur və Günəş şüaları sayəsində dərimizdəki xolesteroldan istehsal olunur.
Gündəlik D vitamini ehtiyacının yalnız 10-20 faizə qədəri qida ilə qəbul edilir. Qalan 80-90 faizi Günəş işığına məruz qalmaqla sintez olunur. Yaz aylarında günorta saatlarında D vitamini sintezi həftədə 3-4 dəfə 15-20 dəqiqə Günəş vannası qəbul etməklə təxminən 10.000-20.000 vahid səviyyəsində baş verir”.
Vitamin D ilə zəngin qidalar…
Həkim bildirib ki, süd məhsulları, balıq yağları və yağlı balıqlar, yumurta sarısı, kərə yağı, qaraciyər D vitamini ilə zəngin qidalardır: “D vitamini səviyyəsi qanda ölçülür, ideal olaraq 30-50 ng/ml D vitamini səviyyəsinin kifayət olduğunu düşünülür. 50 ng/ml-dən yuxarı halda bəzi narahatlıqlar hiss olunmağa başlasa da, D vitamini toksikliyi qan səviyyəsində 200 ng/ml-dən yuxarı qalxdıqda başlayır”.
Hipervitaminoz D…
Ş.Namazlı qeyd edib ki, bədəndə zəhərlənməyə səbəb olan D vitamini səviyyəsinin artması yalnız qida və ya Günəşə məruz qalma yolu ilə baş vermir: “Belə yüksək səviyyələr gündə ən az 10.000 vahid D vitamini qəbul edən insanlarda inkişaf edir. D vitamini toksikliyi bədəndəki D vitamini səviyyəsinin zərər verəcək qədər yüksək olması deməkdir. Buna “hipervitaminoz D” də deyilir. Əlavə kimi ideal D vitamini qəbulu gündə 500-2000 vahid olmalıdır, D vitamini qəbulunun dözülə bilən yuxarı həddi gündə 4000 vahiddir.
D vitamini toksikliyi ilə əlaqəli əsas yan təsirlərin əksəriyyəti qanda kalsiumun artması ilə əlaqədardır. Bu yan təsirlər əvvəlcə baş ağrısı, ürək bulanması, qusma, ağızda quruluq, qəbizlik, qarışıqlıq, narahatlıq, əsəb, əzələ zəifliyi və daha da xroniki toksiklik, arterioskleroz, yüksək qan təzyiqi və ritm pozğunluqları kimi ürək-damar sistemi xəstəliklərinə, böyrək daşlarına səbəb olur”.
Norma necə olmalıdır?
Terapevtin sözlərinə görə, hər yaş qruplarına görə qəbul edilməli olan vitamin miqdarı müxtəlifdir. Belə ki, 0-1 yaş arası uşaqlarda gündə 400İU, 1-18 yaş arası uşaqlarda gündə 600 İU, 18 və yuxarı yaşlarda isə gündəlik 1000 İU yetərli göstəricidir. Hamilələr və ya əmizdirən analar gündəlik olaraq 600-2000 İU D vitamin almalıdırlar: “Bəzən ailələr həkimin tövsiyə etdiyi miqdarı yanlış formada tətbiq edirlər. Diş çıxarma və ya gəzmək dövrlərində gecikmə müşahidə edilən zaman həkim nəzarəti olmadan D vitamin verirlər. Və ya iştahsızlıq vəziyyətində də həkim məsləhəti olmadan gərəksiz yerə vitamin verirlər. Bu isə yanlış addım hesab edilir. Əksər zaman isə D vitamin daha çox verilir. Bu isə uşağın vücudunda toplanır. Nəticədə isə D vitamin zəhərlənməsi baş verə bilər. Bu da sağlamlıqla bağlı qorxulu xəstəliklər törədə bilər.
Məhz bu səbəbdən iştahsızlıq, bulantı, qusma, qəbizlik, idrarda artış, vücuddan maye itkisi yarana bilər. Həmçinin əzələlərdə gücsüzlük, yüksək təzyiq, dəridə qaşınmalar da müşahidə edilə bilər”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

