Azərbaycanın möhtəşəm nailiyyətləri İlham Əliyevin adı ilə bağlıdır
22.01.2024 [18:50]
Tahir Məmmədov
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü
2003-cü ildə xalqın iradəsi ilə Prezident seçilən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və məqsədyönlü siyasətini layiqincə davam etdirəcəyinə, ölkəmizi qələbədən-qələbəyə çatdıracağına söz vermişdi. Həmin tarixi gündən uğurlar bir-birini təkrarlayır, Azərbaycan inkişaf yolunda inamla addımlayır. Ölkəmizdə vətəndaş həmrəyliyinin möhkəmlənməsi, xalqın bir yumruq kimi öz yenilməz rəhbərinin ətrafında sıx birləşməsi bunun əyani sübutudur. Bəli, “birlik olan yerdə xeyir-bərəkət, bolluq, əmin- amanlıq olar2 demişlər. Bütün bu 20 il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətinin milli maraqlarının qorunması yolundakı dönməz addımları bəzi xarici və daxili bədxahları təşvişə salmışdır.
Cənab İlham Əliyev dövlətçilik salnaməsinə gündən-günə yeni-yeni parlaq, rəngarəng səhifələr əlavə edərək yenilməz Lider obrazını yaratmışdır. “Qarabağ Azərbaycandır!” gerçəkliyindən güc-qüvvət alaraq tarixi haqq-ədaləti bərpa etmişdir. Müstəqil dövlətçilik dönəminin yaddaqalan səhifələrində yeni - yeni tarixi zəfərlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Biz bu tarixi gücü və möhtəşəm gerçəkliyi Prezidentimiz İlham Əliyevin tarixi 44 günlük qələbəsində və onun Xankəndində qaldırdığı üçrəngli bayrağımızın dalğalanmasında gördük. Dalğalanan Azərbaycan bayrağı Azərbaycan xalqının döyünən ürəyi kimi artıq heç vaxt həmin yerlərin üstündən əskik olmayacaqdır. Təbiidir ki, xalqımızın, dövlətimizin ən unudulmaz - parlaq qələbəsi Müzəffər Liderimiz, böyük vətənpərvər şəxsiyyət olan İlham Əliyevin qətiyyətinin təntənəsi və siyasi uzaqgörənliyi sayəsində əldə olunmuşdur. Təkcə zəfər sevinclərini yaşamadıq, həm də günahsız şəhidlərimizin qisasının alınması qəlbimizə mənəvi dinclik, rahatlıq bəxş etdi.
Ədalətin zəfər çaldığı yollarda, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin geniş vüsət aldığı zamanlarda adları çəkilən ərazilər cənnətə çevrilməkdədir. Öz doğma xalqı, müqəddəs Vətəni üçün şanlı tarix yazan, Prezident kimi nəinki ölkəmizdə, eləcə də bütün dünyada ad-san, şöhrət, nüfuz qazanan cənab İlham Əliyev Azərbaycanı hər gün, hər saat yenidən qurub yaradır desək, səhv etmərik.
Bu günlər xalqımız yeni strateji tarixi dövrün başlanğıcındadır. Milli dövlətçilik üçün çox mühüm, əlamətdar məna kəsb edən bir mərhələyə indi alnıaçıq, üzüağ gedirik. Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkisi ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanın hər yerində keçiriləcəkdir. Ərazilərimizin hər tərəfində artıq seçki məntəqələri yaradılmışdır, səsvermə hüququ olan hər bir vətəndaş ölkəmizin hər yerində səsvermədə iştirak edəcəkdir. Doğrudan da, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər hələ qazanılmayıb.
Yenidən 2003-cü ilə qayıdaq, tarixi bir məqama nəzər salaq. Prezident İlham Əliyevin mətbuata müsahibəsi əksər vətənpərvər insanların yadındadır. “Cənab Prezident, Siz artıq and içdiniz, indi ölkənin Birinci şəxsisiniz və hansı hisslər keçirirsiniz?”- sualına Cənab İlham Əliyevin belə cavab vermişdi: “Gərək mən ümidləri doğruldam. Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edərək daha da güclənəcəkdir”.
Burada həm xalqın, həm də Ulu Öndərimiz Heydər Əliyevin ona bəslədiyi yaşari ümidlərdən söhbət gedir. Allaha şükür ki, ümidlər, arzular bir-bir özünü doğrultdu. Azərbaycan bir daha gücləndi, öz məğlubolmaz ordusu ilə əzəli, doğma torpaqlarımızı geri qaytardı, ölkəni nəhəng quruculuq, inkişaf yollarına gətirdi.
Cənab İlham Əliyev hələ 2003-cü ildə demişdi: “Mən Azərbaycan xalqına söz verirəm ki, Heydər Əliyev siyasətinə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətinin davam etdirəcəyəm”.
Artıq hamının görüb şahid olduğu bu vədin üfüqlərində və fəlsəfəsində Heydər Əliyev siyasətinin uzaqgörənliyi, müdrikliyi və ölkəmizin hərtərəfli inkişafı, habelə əminamanlq, xoşbəxt gələcək, sabaha inam və ən ümdəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin qorunması siyasəti özünü daha geniş miqyasda göstərməkdədir.
Bu bir həqiqətdir ki, inkişaf etmiş bəzi ölkələr belə Azərbaycan təcrübəsini öyrənməyə başlamışdır. Şanlı ölkəmiz ən güclü inkişaf dövrünü, çoxşaxəli, məhsuldar, quruculuq zamanlarını yaşayır.
Azərbaycan xalqı bu günlərdə olduqca mühüm dövrünü yaşayır. Ölkə vətəndaşları növbəti dönəm üçün öz rəhbərini - Prezidentini seçməlidir. Artıq xalqımızın əksəriyyəti öz seçimini etmişdir. Həmin obyektiv seçim Müzəffər Liderimiz İlham Əliyevdir. Bugünkü Azərbaycanın seçimi sözün əsl mənasında ölkəsini dünya miqyasında güclü, sarsılmaz dövlətlər sırasına qaldıran, müasir tariximizə yeni-yeni parlaq səhifələr bəxş edən, üçrəngli bayrağımızı Şuşada, Xocalıda, Xankəndində ucaldan cənab İlham Əliyevdir. Əminik ki, qədirbilən Azərbaycan xalqı öz missiyasını şərəflə yerinə yetirəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

