Saxta üz kremləri...
21.02.2024 [11:14]
Hansı fəsadlara yol açır?
Sağlam dəri hər kəsin arzusudur. Ona görə də fəsildən asılı olmayaraq dərinin təravətli və gözəl görünməsi üçün mütəmadi qulluq vacib prosedurlardan sayılır. Əsasən də soyuq havalarda dərinin quruması hər kəsin üzləşdiyi problemlərdən biridir. Bu zaman isə köməyimizə çatan nəmləndirici kremlərdir.
Qeyd edək ki, nəmləndirici kremlərdən istifadənin dəriyə bir çox xeyirləri var. Məsələn, dərinin nəmliyini və yağ balansını qoruyur, dəriyə parlaqlıq verir və.s. Bu baxımdan kosmetoloqlar nəmləndirici kremlərdən daimi istifadə etməyi məsləhət görürlər. Ancaq satışda olan məhsulun original olduğu sual yaradır. Xüsusilə indiki dövrdə nəinki üz kremlərinin, ümumiyyətlə, çoxsaylı qulluq məhsullarının, dekorativ kosmetikaların saxta versiyası daha “populyardır”. Bəzən alıcılar məhsulun keyfiyyətsiz olduğunun fərqinə varmır, saxta məhsulu ayırd edə bilmirlər. Amma etiraf edək ki, bəzi insanlar da sırf daha ucuz qiymətə satıldığı üçün saxta məhsullar almağa üstünlük verirlər. Lakin saxta kosmetik məhsulların, xüsusilə də üz kremlərinin dəriyə ziyanını saymaqla bitməz.
Dəri xərçənginə səbəb olur...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan kosmetoloq Tamilla Məmmədova bildirib ki, dəri susuz qaldıqda qabıqlanma, quruluq və qıcıqlanma kimi bir çox problemlər yaranır. Eyni zamanda, dəri susuzlaşdıqda dəri baryeri zəifləyir, xarici amillərə qarşı zəifləyir: “Üz dərisinin nəmliliyini tarazlıqda saxlamaq, vaxtından əvvəl qocalmanın qarşısını almaq və hər zaman sağlam görünmək üçün nəmləndiricidən istifadə etmək şərtdir. Nəmləndiricilər dərini qidalandırır və bərpa edir. Dərinin sağlam və qüsursuz görünməsinə kömək edir. Dərini yumşaldır, qırışların əmələ gəlməsini gecikdirir”.
Kosmetoloq satışda çoxsaylı nəmləndirici kremlərin olduğunu təsdiqlədi: “Keyfiyyətsiz, saxta qulluq vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Xüsusilə saxta üz kremləri insanda qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb ola bilər. Bəllidir ki, üz dərimiz daha həssasdır. Bu baxımdan qulluq kremləri alarkən diqqətli olmaq lazımdır. Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Araşdırmalar zamanı sübut edilib ki, saxta kremlər dəri xərçənginə səbəb ola bilər”.
Nələrə diqqət edək?
T.Məmədova bildirib ki, saxta məhsulları ayırd etmək üçün bəzi məqamlara diqqət yetirmək lazımdır: “Təbii ki, burada diqqət edilməli olan ilk məqam məhsulun qiymətidir. Əlbəttə, ucuz qiymətə olan üz kremləri original ola bilməz. Onların hazırlanma qaydası bilinmir, müvafiq yoxlamalardan keçirilməyib. Bu, o demək deyil ki, hər kəs bahalı məhsul almalıdır. Sadəcə, insanlar bir məqamı unudur ki, ucuz üz kremi dərinin nəmlənməsi, parlaq olması üçün heç bir funksiyanı yerinə yetirmir. Belə məhsullar dəri sağlamlığına ciddi zərər törətməkdən başqa bir işə yaramır. Sadəcə, bəzi satıcılar öz kommersiya məqsədlərinə çatırlar, çoxlu gəlir əldə edirlər. Bundan başqa, saxta kremlərin qablaşdırması da məhsulun orginal olmadığını göstərir. Digər məqam isə məhsulun qoxusu ilə bağlıdır. İstər-istəməz original kremlə saxta kremin qoxusu bir-birindən kəskin şəkildə fərqlənir”.
Dəri tipinə uyğun krem növləri
Kosmetoloq qeyd edib ki, nəmləndirici seçərkən nəzərə alınmalı olan ən vacib məqam insanın dəri tipidir: “Effektiv bir nəticə üçün dəri tipinə görə nəmləndirici seçimi edilməlidir. Dəridə mat bir görünüş və gərginlik varsa, deməli quru dəri növüdür. Quru dərisi olanlar nəmləndiricilər seçərkən dərini sıx nəmləndirmək üçün krem şəklində nəmləndirici çeşidlərindən istifadə edə bilərlər. Bu şəkildə dəri dərindən nəmlənəcək, rahatlayacaq və qidalanacaq. Yağlı dərisi olanlar yağ dərəcəsini azaldacaq yüngül toxuma və matlaşdırma təsiri olan məhsullar seçməlidirlər. Qarışıq dərisi olanlar isə dərinin nəm balansını qoruyacaq və T zonasındakı parıltıları azaldan incə quruluşda olan gel və ya maye məhsullara üstünlük verə bilərlər”.
Tez-tez yol verilən səhvlər...
T.Məmmədovanın sözlərinə görə, nəmləndirici istifadə edərkən tez-tez edilən səhvlərdən biri də üz nəmləndiricilərinin göz ətrafına çəkilməsidir: “Göz bölgəsi həssas və incə bir quruluşa malikdir. Ətraf mühit və yuxusuzluq kimi bir çox amildən asanlıqla təsirlənir. Dəri quruluşundan asılı olaraq qırışlar, göz altı torbaları, göz ətrafında tünd halqalar görünə bilər. Bu səbəblə göz ətrafına tətbiq olunacaq nəmləndirici üzə tətbiq olunan nəmləndiricidən fərqli olmalıdır. Buna görə də göz bölgəsi üçün xüsusi hazırlanmış nəmləndiricilər seçmək daha yaxşı olar”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

