Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ-nin “Exxon Mobil” Korporasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib

ABŞ-nin “Exxon Mobil” Korporasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib

21.02.2024 [15:58]

Amerika Birləşmiş Ştatlarının “Exxon Mobil” Korporasiyasının sədri və baş icraçı direktoru Darren Vudsdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Exxon Mobil” Korporasiyası adından Sizi səmimi-qəlbdən təbrik edir, davamlı uğurlar diləyir, eləcə də Azərbaycan xalqının firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da neft və qaz sektorunda öz aparıcı rolunu davam etdirəcək. “Exxon Mobil” Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığını yüksək qiymətləndirir. Biz birlikdə dünyanın etibarlı və sərfəli enerjiyə olan tələbatını qarşılamağa kömək edə və eyni zamanda, istixana qazı emissiyalarının azaldılması istiqamətində işləyə bilərik.

Bu iki çağırış COP29 müzakirələri zamanı diqqət mərkəzində olacaq və mən Azərbaycan Respublikasına bu mühüm qlobal dialoqa ev sahibliyi etməklə bağlı ən xoş arzularımı bildirirəm.

Sizi bir daha təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına daha parlaq gələcək arzulayıram."

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31