Elçin Əmirbəyov: Sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır
23.02.2024 [22:43]
“İndependent Arabia“ nəşrində Azərbaycan və Ermənistan arasında sülh danışıqları və Fransanın bu prosesə təsirinə dair məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə ilk olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Fransaya rəsmi səfəri, burada dövlət başçısı Emmanuel Makron ilə görüşü və verilən bəyanatlara diqqət ayrılıb. Qeyd edilir ki, Fransa və Ermənistanı tarixi bağlar birləşdirir, çünki Fransada 600 mindən çox erməni yaşayır. Buna görə də Fransa Ermənistanın arsenalının gücləndirilməsində iştirak edir və bu gedişat Azərbaycan tərəfindən birmənalı qarşılanmır. Rəsmi Bakı Fransanı Ermənistanın hücumameyilli siyasətini dəstəkləməkdə və onu qonşuları ilə müharibəyə təhrik etməkdə ittiham edir.
Nəşr mövzu ilə bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan müsahibə alıb. Müsahibədə vaxtilə Fransada səfir vəzifəsində çalışmış Azərbaycan rəsmisinin sülh danışıqlarına dair fikirləri yer alıb. E.Əmirbəyov qeyd edib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş Qarabağ regionunu azad etdikdən sonra yekun sülh müqaviləsinin bağlanması üçün fürsətlər yaranıb. O, bu kontekstdə hər iki ölkənin rəhbərlərinin ən son olaraq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşlərinə işarə edib.
İkitərəfli münasibətlərin inkişafı və sülh müqaviləsinin bağlanması üçün yaranan imkanlardan, eləcə də Azərbaycan və Fransa arasında soyuq olan əlaqələrdən bəhs edən E.Əmirbəyov, hazırda Ermənistan tərəfindən xoş niyyətin nümayiş etdirilməli olduğunu vacib hesab edib. Çünki sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır.
Azərbaycan rəsmisi müsahibədə, həmçinin bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq imtina etməyib. Çünki Ermənistanda 1990-2000-ci illər arasında qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı coğrafi ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Eyni zamanda, bu sənədlərin hələ də mövcudluğu Ermənistanın sülh bağlanmasına maraq göstərməməsi kimi dəyərləndirilir. Həmçinin bu sənədlər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır, çünki beynəlxalq ictimaiyyət 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olunarkən Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Bundan başqa, Ermənistan Azərbaycan kəndlərini hələ də işğal altında saxlayır və Azərbaycana qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə şikayətlə müraciət edib.
E.Əmirbəyov müsahibədə Ermənistan tərəfinin Azərbaycanın Ermənistan ərazilərinə iddialı olması kimi cəfəng fikirlərinə aydınlıq gətirərək bildirib ki, Azərbaycan sülh müqaviləsinin müsbət nəticəsi kimi bütün nəqliyyat yollarının açılmasının tərəfdarıdır. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı saxlayan, qışda Gürcüstan ilə yolların keçilməz olduğu və yalnız İranla rahat gediş-gəlişə malik Ermənistan bu məsələdə dilemma qarşısındadır.
Azərbaycan rəsmisi sonda bildirib ki, sülh müqaviləsinin bağlanması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması özü ilə bir çox üstünlüklər gətirə bilər və region tranzit yüklərin daşınması üçün əhəmiyyət qazanar. Belə ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla kommunikasiya vasitəsilə birləşməsi Orta Dəhlizin inkişafına və Çindən Avropa ölkələrinə yüklərin daşınmasına təkan verə bilər. E.Əmirbəyov bu məsələnin iqtisadi və kommersiya aspektlərinin Ermənistan üçün də maraqlı olacağına əminliyini bildirib.
Müsahibədə, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada görülən işlərdən, keçmiş məcburi köçkünlərin tədricən öz torpaqlarına qayıdışından bəhs olunub, o cümlədən 2026-cı ilədək 140 min insanın öz dədə-baba yurduna geri dönüşünün təmin ediləcəyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

