Növbəti “əzələ” nümayişi?
24.02.2024 [11:20]
Kreml Ermənistanın bu davranışlarına seyrçi qalmayacaq
NARDAR
Fransa Cənubi Qafqazla bağlı planlarını reallaşdırmağa çalışır. Bu məqsədə çatmaq üçün Ermənistandan alət kimi istifadə edir. Fevralın 21-də Nikol Paşinyanın Fransaya səfəri zamanı prezident Emmanuel Makronla görüşü bu baxımdan diqqəti cəlb edir. Azərbaycana və Türkiyəyə qarşı qərəzi ilə tanınan Fransa prezidenti Ermənistanı Rusiyadan uzaqlaşdırmağa da çalışır. Ermənistana yerləşdirilən Avropa İttifaqının “mülki missiya”nın əsl məqsədi məhz bundan ibarətdir.
Parisdə səfərdə olarkən Paşinyan da “ürəklənib” və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırdığını deyib. Belə ki, Paşinyan
“France24” telekanalına müsahibəsində kollektiv təhlükəsizlik müqaviləsinin 2022-2023-cü illərdə onun ölkəsinə münasibətdə yerinə yetirilmədiyini bildirib və İrəvanın KTMT-də üzvlüyünü “dondurduğunu” bəyan edib. Təşkilatdan isə Paşinyana cavab özünü çox gözlətməyib. KTMT-nin Katibliyi Rusiya mediasına açıqlamasında bildirib ki, İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb: “KTMT-nin Katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb və görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tezisi təşkilatın bir sıra tədbirlərində iştirak etməməklə əlaqədardır”.
Sözügedən müsahibədə Ermənistanın baş naziri Rusiyaya qarşı da “əzələ nümayiş etdirməyə” çalışıb. Paşinyan iddia edib ki, Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.
Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib. “Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, - siyasətçi vurğulayıb və əlavə edib ki, İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq.
Bəs Paşinyanı belə “cəsarətləndirən” səbəb nədir? Onun Rusiyaya qarşı sərt mövqeyinin Fransada səsləndirilməsi bu sualın cavabıdır. Görünür, bu dəfəki səfər zamanı Makron Paşinyana yeni vədlər verib. Paşinyanın Parisə səfərindən bir gün sonra Fransanın müdafiə naziri Sebastian Lekornun Ermənistana səfəri məsələyə aydınlıq gətirir. Rəsmi açıqlamaya görə, Fransa müdafiə nazirinin Ermənistana ilk səfəri iki ölkə arasında müdafiə sahəsində “əlaqələrin gücləndirilməsi” məqsədini daşıyır. Bir müddət öncə imzalanmış müqaviləyə əsasən, Fransa Ermənistana radarlar verəcək. Eyni zamanda, İrəvan və Paris artilleriya və raket sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparır. Artıq hər səfər zamanı iki ölkənin müdafiə nazirləri yeni müqavilədə imzalayıblar.
Əslində, Fransanın planları ilk növbədə Ermənistanın əhalisinə zərər vuracaq. Parisin vədlərinin ermənilər üçün hansı fəsadlar verməsinin ilkin nümunələri mövcuddur.
Əlbəttə, Rusiya Ermənistan hakimiyyətinin, xüsusilə Paşinyanın son addımlarına seyrçi qalmayacaq. Artıq Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Erməni mediasına müsahibəsində səfir, ikitərəfli münasibətlərdəki bəzi tendensiyalardan narahatlığını ifadə edib. Xüsusilə İrəvanın xarici və müdafiə siyasətinin şaxələndirilməsi ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, xarici siyasət kursunun qurulması hər bir dövlətin suveren hüququdur, lakin Rusiya Federasiyasının səfiri kimi o, bu çərçivədə öz ölkəsinə münasibətdə olan proseslə bağlı mövqe tutmaqda daha çox maraqlıdır: “Müəyyən suallar var, müəyyən narahatlıq var, çünki bəzən diversifikasiya kursu istər-istəməz Rusiyadan xeyli dərəcədə uzaqlaşma kimi qəbul edilir. Mənim üçün iki ölkə arasında müttəfiqlik və qardaşlıq münasibətlərini saxlamaq və gücləndirmək vəzifəsi daşıyan bir səfir kimi, bu cür tendensiya narahatlıq doğurur”. “Rusiya tərəfi Ermənistanın baş nazirinin İrəvanın Avrasiya İqtisadi İttifaqında sədrliyi çərçivəsində bəyan etdiyi bütün prioritetləri yüksək qiymətləndirib. Bu, Rusiyanın Ermənistanla münasibətlərdə niyyət və məqsədləri barədə çox mühüm siqnaldır. Lakin, təbii ki, tanqo rəqsinə iki partnyor lazımdır və biz gözləyirik ki, burada Ermənistan tərəfi də siyasi iradə nümayiş etdiriləcək”, - deyə Kopırkin qeyd edib.
Göründüyü kimi, artıq Rusiya tərəfi səfir səviyyəsində ilkin mesajlarını İrəvana çatdırır. Yəqin ki, Paşinyan Fransada göstərdiyi “cəsarətin” bədəlini ödəyəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

