Toplaşa bilmədilər
07.03.2024 [10:30]
Nardar BAYRAMLI
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını erməni işğalından azad etməsi müəyyən beynəlxalq dairələrdə ciddi narahatlığa səbəb oldu. Həmin dairələr müxtəlif bəhanələrlə ölkəmizin dünyada imicinə zərbə vurmaq üçün qərəzli kampaniyalar həyata keçirirlər. Ötən ilin sentyabrında isə ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminə son qoyulması, suverenliyimizin tam bərpası isə sözügedən dairələrin əsl simasını tam çılpaqlığı ilə üzə çıxardı. Fransa başda olmaqla bəzi Qərb ölkələri əsassız olaraq Azərbaycanı etnik təmizləmədə ittiham etməyə çalışdılar. Lakin real faktlar onların bu iddialarını ifşa etmiş olur. Lakin buna baxmayaraq, Qərbdə müxtəlif qeyri-hökumət təşkilatlarının vasitəsilə qondarma “artsax” məsələsinin gündəmə gətirilməsi üçün cəhdlər davam edir.
Dövlət Komitəsi: Tədbirin istənilən səviyyədə baş tutmaması diasporumuzun fəallığının nəticəsidir.
Belə cəhdlərdən biri də Almaniyada edilib. Xarici Əlaqələr üzrə Alman Şurasının və Konrad Adenauer Fondunun təşkilatçılığı ilə martın 6-da Berlində “Artsaxın mədəni irsi” tədbirin keçirilməsi nəzərdə tutulurdu. Məsələ ilə bağlı Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru Quntram Volfa və Konrad Adenauer Fondunun sədri Norbert Lammertə açıq məktub ünvanlayaraq qərəzli və ermənipərəst təbliğat tədbirini ləğv etməyə çağırmışdılar. Müraciətdə qeyd olunurdu ki, 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 1,5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. “İndi sual edirik: yalan, saxtakarlıq və riyakarlıq üzərində qurulmuş “Arsaxın mədəni irsi” nəşri üzərində birtərəfli, qərəzli müzakirələr təşkil etməkdə məqsədiniz nədir? Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən dərhal sonra bu tədbirin təşkili qarşılıqlı etnik nifrəti artırmağa və sülh danışıqlarına zərbə vurmağa yönəlmiş addımların bir hissəsidir”,-deyə müraciətdə vurğulanırdı.
Qeyd edək ki, Almaniyadakı diasporumuz sözügedən tədbirin ləğvi üçün fəallıq göstərib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, martın 5-də tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb. Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir. “Ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. Qeyd edək ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər. Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığının nəticəsidir”,-deyə Dövlət Komitəsindən vurğulanıb.
İcma: Ermənistandan azərbaycanlıların qovulması və onların mədəni irsinin dağıdılması mövzusunda tədbirlər keçirilməlidir
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması da Berlində “Artsax mədəni irsi” haqqında tədbirin keçirilməsi cəhdlərinə münasibət bildirib. Qeyd olunub ki, öz dini təəssübkeşlik baxışlarını gizlətməyən Daqmar Heller adlı şəxsin Azərbaycanın ərazi bütövlüyünə qəsd edən başlığa malik və iftiralarla dolu kitabının təqdimatına həsr edilmiş bu tədbir anti-Azərbaycan xarakteri daşıyır. “Xatırlatmaq istərdik ki, özünü peşəkar və bitərəf qurum kimi qələmə verən Almaniya Xarici Əlaqələr Şurası Azərbaycan mədəni irsinin dağıdılması, bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qalması mövzularında bir dəfə də olsun tədbir keçirməyib və öz nəşrlərində, hesabatlarında bu məsələni görməzdən gəlib. Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində ölkəmizin mədəni irsini kütləvi şəkildə dağıtması faktına göz yummuş bir elmi qurumun, indi bir ovuc qərəzli, radikal ünsürləri yığıb Qarabağda erməni abidələrinə təhlükə olması “ehtimalı” barədə tədbir keçirməsi dini və etnik əsasda ayrı-seçkilikdir və elm adına böyük utancdır”,-deyə açıqlamada vurğulanıb.
Qərbi Azərbaycan İcması, həmçinin Almaniya Xarici Əlaqələr Şurasından həmin tədbirdən imtina etməyi, əsas diqqətini Ermənistandan azərbaycanlıların qovulması və onların mədəni irsinin tamamilə dağıdılması kimi baş vermiş haqsızlıqlara yönəltməyi, məhz bu mövzularda tədbir keçirməyi tələb edib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

