"Orucluq insanlıq üçün edilən ibadətdir"
12.03.2024 [11:35]
Bildiyimiz kimi mart ayının 11-dən müsəlmanların mübarək Ramazan ayı başlayıb. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Qeyd edək ki, bu təqvim İdarənin internet saytında yerləşdirilib.
Din xadimləri bildirir ki, bu ayda oruc təkcə ac qalmaq deyil, eyni zamanda ruhun tərbiyəsi, cismin imtahanıdır. Oruc tutan adam qarnı ilə yanaşı qəlbini də qorumalıdır. Beynini, düşüncəsini, ruhunu paklamalıdır. Ancaq yaxşılıq düşünməli və yaxşılıq etməlidir.
Oruc tutmaq təkcə müsəlmanlarda deyil, əvvəlki ümmətlərdə də olub. Necə ki, Quranda bu barədə deyilir.
Eyni zamanda Quranda kimlərin oruc tutacağı da qeyd edilir, üzrlü olanlar vurğulanır, onlara rüxsət haqqı tanınır.
İlahiyyatçı Tural İrfan "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər:
""Ramazan" sözü ərəbcə qızmar daşa deyilir. Müsəlman da qızmar günlərdə, soyuq qış günlərində məhz Rəbbinin rızasını qazanmaq üçün, paklanmaq üçün oruc tutur, ibadətini icra edir. Həmçinin Uca Yaradan müqəddəs kitabında Quranın Ramazan ayında nazil edildiyini belə vurğulayır: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.""
Oruc tutmaq bütün dinlərdə var. Əsasən də səmavi dinlərdə oruc fərz əmr olunub. Yəhudilikdə, xristianlıqda da oruc var. Oruc tutmaq insanı həm cismani, həm də ruhani təmizləyir, düşündürür. Qidalanma zamanı insanın daxili orqanları yalnız həzm üçün çalışır, ancaq oruc zamanı orqanlar istirahət edir, qan dövranı, qan təzyiqi nizamlanır.
T.İrfanın sözlərinə görə insanların ən çox maraqlandığı sual namaz qılmayanların oruc tuta bilib bilməməsidir. :"Əgər qaydalara uyğun oruc tutubsa başqa zaman günahlar edənin də orucu qəbul olar. Allah böyük mərhəmət sahibidir. Ancaq içi boş, quru və sadəcə borc ödəmək qəbilindən oruc tutmaq doğru olmaz. Əsl ibadət dünya malı, dünya marağı üçün, yaxud axirəti qazanmaq üçün deyil, sırf Allah rızası üçün, sırf insanlıq üçün edilən ibadətdir. Müsəlman gərək ilin bütün vaxtlarında namazına, orucuna ötürməsin. Günah da Ramazanda da eynidir, başqa aylarda da.
Kafir olmaq, dindən çıxmaq orucu pozur. Çünki orucun şərti müsəlmanlıqdır. Əgər insan islamdan çıxsa demək oruc da islama aid olduğu üçün artıq o ibadət yox, sadəcə pəhriz qəbilindən hesab olunacaq. Söyüş söymək orucu pozmasa da günahdır. Hər günah da orucu pozmaz".
O bildirir ki, Ramazan ayında toy, bayram, nişan, şadlıq, şənlik keçirmək çox gözəl və savabdır. Yaxşı olar ki, müsəlmanlar bütün xeyirli işlərini bu aya salsınlar. Ancaq gündüz oruclu adamları məclisə çağırmaq doğru olmaz. Ümumiyyətlə orucluq ayında şənlik məclisi etməyin heç bir eybi yoxdur.
Bilmədən yemək, içmək, qusmaq orucu pozmur. Diş fırçalamaq isə ümumiyyətlə orucu pozmur, əksinə müstəhəbdir. Çünki oruc tutan adamın mədəsindən qoxu gəlir, başqalarını narahat edir. Əsas odur ki, insan təmiz niyyət ilə oruc tutsun. Xalqımız, dövlətimiz üçün dua etsin".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29

