1 aprel tarixçəsi...
30.03.2024 [12:30]
Ümumdünya “Gülüş Günü”dür
Yeganə BAYRAMOVA
İki gün sonra səhər yeni günə başlayarkən təqvimə diqqətlə baxın. Həmin gün yaxınlarınız müəyyən zarafatlar edə, sizi “aldada” bilərlər. Çünki aprelin 1-də dünyanın bir çox ölkəsində gülüş və ya aldatma günü kimi qeyd olunur. Bu gündə müxtəlif zarafatlarla qarşılaşa bilərsiniz.
1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı.
Aprelin ilk günü zarafat etmək qaydası isə birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir - birlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 - ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri “1 aprel axmaqları” adlandırdılar.
Bəzi tədqiqatçıların fikrinə görə, bu ənənə Qədim Hindistanda meydana gəlmişdi, 31 mart onlarda “Gülüş günü” kimi keçirilir.
“Gülüş günü”nün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Beləcə uzun əsrlərin keçməsindən sonra dünyanın demək olar ki, bütün ölkələrində 1 aprel günündə dostları ilə zarafatlar edib gülən insanlara rast gəlmək mümkündür.
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2 min il əvvəl hazırkı “Gülüş günü”nə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış.
Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını söndürə bilərdilər.
Rusiyada isə “Gülüş günü”nün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.
Bu günü xoşbəxt olmayan gün sayanlar da var. Belə ki, Almaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.
Hazırda dünya əhalisinin 70 faizi 1 apreli “Gülüş günü” kimi qeyd edir, dost-tanışla zarafatlaşır. “Gülüş günü” yaxud “Axmaq günü” kimi adlandırılan bu bayram çox insanlar tərəfindən keçirilsə də, təqvimdə göstərilən bayramlar sırasına əlavə edilmir. Azərbaycanda da 1 aprel əksər insanlar tərəfindən “Gülüş günü” kimi qəbul olunur.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

