Rusiya XİN: Ermənistan-ABŞ-Aİ görüşü Cənubi Qafqazda geosiyasi qarşıdurmaya cəhddir
05.04.2024 [21:58]
2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Avropa İttifaqı formatında yüksək səviyyəli görüşü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə müdaxiləsi regiona nifaq salmaq istəyi sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün mənfi nəticələrlə yekunlaşa eləcə də gərginliyə səbəb ola bilər.
“Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar.
Biz İrəvan rəhbərliyini Qərbin onu aldatmasına və ölkədə təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq. Brüsseldə elan edilən qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz. Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə (2018-ci ildən 4 dəfə) artmasına və nəticədə rekord iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə səbəb olub.
Biz ümumi inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan müttəfiqliyinin mütərəqqi inkişafı xalqların köklü maraqlarının həyata keçirilməsinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”, - deyə bəyanatda vurğulanıb.
O da qeyd olunub ki, Qərb həmçinin Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması, sülh müqaviləsini hazırlamaq, ictimai xadimlər və ekspertlər arasında əlaqələr vasitəsilə etimadı gücləndirmək, sərhədin delimitasiyası ilə bağlı tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir:
“Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırıb. Tərəflər bir çox məsələlər üzrə xüsusən də nəqliyyat blokadasının aradan qaldırılması məsələsində qarşılıqlı məqbul həll yollarına yaxın olub. Moskva əvvəlki kimi Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır.
Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən Ermənistanın da iştirakçısı olduğu “3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”, - deyə Rusiya xarici siyasət idarəsinin bəyanatında bildirilib.
APA
Xəbər lenti
Hamısına baxHadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25

