“Sirli” Makron
25.12.2024 [09:27]
Fransa prezidenti Emmanuel Makron ilk prezidentlik dönəminin əvvəlindən uğursuzluq zolağındadır. Onun bütün istiqamətlərdə həyata keçirdiyi siyasət iflasa uğrayıb. Bu gün Fransada açıq şəkildə etiraf olunur ki, Makron ölkənin rəmzi olmaq şərəfini itirib. Daxili və xarici siyasətdəki uğursuzluqlar, parlamentdə impiçmentinə cəhdlər göstərilməsi, cəmiyyətin onu iqnor etməsi, müxtəlif görüşlərdə insanların ünvanına nalayiq sözlər söyləmələri, sifətinə sillə vurmaları, tez-tez yumurta atəşinə “qonaq” edilməsi, gözlənildiyi kimi, Yelisey Sarayının sahibində özünəinam hissini azaldıb və müəyyən komplekslər yaradıb.
Prezidentin aşırı paranoikliyi
Artıq Makronun aşırı paranoikliyi də geniş müzakirə mövzusuna çevrilib. Onun publikadan çəkindiyi və ya qorxduğu açıq şəkildə hiss olunur. Makronun hədsiz dərəcədə paranoikliyi, qapalı həyat tərzi keçirməyə üstünlük verdiyi hər addımda hiss olunur. O, özünü hər vəchlə hamıdan gizlətməyə çalışır. Bu barədə Fransada məşhur olan “Le Monde” nəşri ayrıca məqalə dərc edib. Məqalədən sitat: “Bu gün yaxın adamlarının ölkə prezidentini təsvir etmək üçün işlətdikləri sözlər bunlardır: “Hiper qapalı”, “son dərəcə paranoik”, “sirli”.
Nəşr Makronun paranoikliyə gedə yolda iki hadisədən “dərs” aldığına diqqət çəkir. “2014-cü ildə Fransua Ollandın (sabiq prezident - red.) Parisin 8-ci rayonunda skuter sürərkən aktrisa Julie Gayet ilə gizli görüşməyə hazırlaşdığı zaman o, birinci sırada idi. Yelisey Sarayının baş katibinin müavini kimi Emmanuel Makron partlayışı içəridən izləyib. Onun öyrəndiyi dərs - Fransua Ollandın diqqətli və ya kifayət qədər qorunmamasıdır”, - deyə məqalədə vurğulanıb.
Makronun öz ətrafında məxfilik aurası yaratmaq ehtiyacını gücləndirən başqa bir hadisə, 2017-ci il seçki kampaniyası zamanı baş verib. Həmin ərəfədə o vaxt iddia edildiyi kimi, “rus hakerləri” tərəfindən Makronun komandasına kiberhücumlar olub, e-poçt ünvanları sındırılıb. Bundan sonra, seçki kampaniyasının qızğın vaxtında internetə 20 min e-poçt sızdırılıb. Bu, onun seçkidə qalib gəlməsinə mane olmasa da, sızıntının ardınca arvadı Bricit ilə münasibətinə edilən hücumlardan Makron çox əziyyət çəkib.
Aldığı bu iki “dərs” Makronun həyatını dəyişib. O vaxtdan bəri Yelisey Sarayında həyat həmişəkindən daha qapalı olub. Ollandla baş verən qalmaqalı nəzərə alan Makron şəxsi səfərlərdən yayınmağa çalışır və bir qayda olaraq, ancaq Fransa paytaxtının VI, VII və XV rayonlarındakı adi restoranlara gedir, orda həmişə zalın sonunda, arxası divara söykənərək, mühafizəçilərin əhatəsində yer seçir.
Təbii ki, Makrona hakim kəsilən paranoik sindromunun təzahürləri həmçinin onun dövlət başçısı kimi apardığı siyasətdə də bu və ya digər dərəcədə təzahür edir. Belə ki, bir sıra hallarda Makron hətta komandası üçün belə “sürpriz” sayılacaq qərarlar verir. Bu qərarlar, bir qayda olaraq, ən son məqamlarda açıqlanır.
Makron ətrafında qurulan informasiya blokadası
Makron xarici auditoriyalar qarşısında çıxışlarında həmişə ölkəsinin demokratik ənənələrindən geniş bəhs edir. Ancaq hər şeydən göründüyü kimi, bugünkü Fransa demokratiyadan çox uzaqlaşıb ki, burada da Makronun şəxsi “töhfələri” böyükdür. Artıq Makronun özünü ölkə qanunlarının fövqündə qoyması adi hala çevrilib. Prezidentin Konstitusiyanın ayrı-ayrı müddəalarından sui-istifadə etməklə təkbaşına mühüm qərarlar verdiyi hər kəsə bəlidir. Makron bu yolla pensiya “islahatlarına” rəvac verib. Prezident bir qədər bundan əvvəl parlamentin yeni formalaşan tərkibini nəzərə almadan Mişel Barnyeni Baş nazir təyin etdi və onun formalaşdırdı hökumətin də ömrü cəmi üç ay oldu. Bütövlükdə, təkbaşına verilən belə absurd qərarların siyahısı çox uzundur. Müşahidə edilən odur ki, Makron hakimiyyəti bir əldə cəmləşdirməyə çalışır. Onun aldığı qərarlar isə bir qatyda olaraq cddi ictimai qınaqla qarşılanır və etirazlara səbəb olur. Ölkə uzun müddətdir ki, paytaxtda və regionlarda baş verən permanent etiraz aksiyaları ilə çalxalanır.
Makron həmçinin öz personası ətrafında informasiya blokadası qurub. Nəşrin məlumatında da vurğulandığı kimi, o, hakimiyyətə gəldikdən sonra sızmasından ehtiyat edərək, hərəkətləri ilə bağlı məlumatların Daxili İşlər Nazirliyinə ötürülməsini məhdudlaşdırıb. Yelisey Sarayında keçirilən qapalı görüşlərdə belə prezident ətraflı açıqlamalardan yayınır.
Bundan başqa, prezident administrasiyasının keçmiş və indiki əməkdaşları Makronu narahat edən araşdırmalar aparan media və ya jurnalistləri gözdən salmağa çalışırlar. “Le Monde” yazır ki, rəsmi şəxslər sosial şəbəkələrdə media təmsilçilərinə qarşı mütəşəkkil kampaniyalar aparırlar. Prezidentin imicini qoruyan onun ofisinin rəhbəri Patris Fordur (2024-cü ilin yanvarından). O, Makrona qarşı bütün şayiələr və təhdidlərə nəzarət etmək üçün müntəzəm olaraq prezidentin təhlükəsizlik departamentini toplayır. Prezident isə mütəmadi olaraq onun və ya arvadı haqqında şayiələr yayan hər kəsi və ya məsələn, Marsel yaxınlığında tətildə olarkən onu izləyən paparassiləri məhkəməyə verməyə çalışır. Media materiallarının “düzgün təqdimatına” nəzarət 77 yaşlı Mişel Marçana həvalə edilib. Təbii ki, media materiallarının “düzgün təqdimatı” dedikdə ilk növbədə Makronun diktəsi ilə Yelisey Sarayının müəyyənləşdirdiyi sərt qaydalar nəzərdə tutulur.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

