Bayden Pentaqona hansı tapşırığı verib?
27.12.2024 [08:56]
O, Ukraynada sülhün təmin olunmasına əngəl olmağa çalışır
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh çağırışları artmaqdadır. Çünki Tramp bu müharibənin tezliklə dayandırmağa çalışacağını bəyan edib.
Nəzərə alaq ki, Bayden administrasiyası ötən müddət ərzində Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılmasına qarşı çıxıb. Co Baydenin hakimiyyəti yalnız Kiyevə silah verməklə münaqişənin daha da qızışdırılmasına çalışıb. Buna baxmayaraq, Ukrayna ordusu cəbhədə ciddi irəliləyiş əldə edə bilməyib. Əksinə, Rusiya -Ukrayna müharibəsində rus qoşunlarının üstünlüyü davam edir. Son zamanlar Rusiya ordusu Ukraynada yeni əraziləri ələ keçirib.
Seçki məğlubiyyətindən dərhal sonra...
Prezident seçkilərində demokratların məğlub olmasına baxmayaraq, noyabrın ortalarında Bayden administrasiyası Ukraynaya 425 milyon dollar məbləğində növbəti hərbi yardım ayırdı. Bununla bağlı yayılan sənəddə qeyd olunub ki, yeni yardım paketinə NASAMS hava hücumundan müdafiə raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri, “Stinger” daşınan zenit-raket kompleksləri, 155 və 105 mm kalibrli artilleriya mərmiləri, TOW tank əleyhinə sistemlər üçün döyüş sursatı, “Javelin” və AT-4 tank əleyhinə komplekslər, PUA-lara qarşı mübarizə vasitələri, hava - yer sinifli döyüş sursatı, “Stryker” zirehli transportyorlar, atıcı silahlar və döyüş sursatı daxildir. Həmçinin vurğulanıb ki, silahlar Kiyevə PDA (Presidential Drawdown Authority) mexanizmi vasitəsilə veriləcək ki, bu da ABŞ prezidentinə fövqəladə vəziyyət yarandığı təqdirdə xarici tərəfdaşa Konqreslə razılaşdırmadan silah tədarük etməyə imkan verir.
Yeri gəlmişkən, Pentaqonun sözçüsü Pat Rayder bildirib ki, Konqres 2024-cü ilin aprelində Ukrayna üçün əlavə maliyyələşdirməni təsdiqlədikdən sonra Birləşmiş Ştatlar Ukraynaya vəd etdiyi sursatın 83 faizinin, hava hücumundan müdafiə vasitələrinin 67 faizinin verilməsini təmin edib: “Əlavə maliyyənin qəbulundan oktyabrın ortalarına qədər anbarlarımızdan vəd etdiyimiz əsas sursatın 83 faizini Ukraynaya çatdırdıq”. Söhbət 155 mm çaplı artilleriya mərmilərindən, HIMARS GMLRS sistemləri üçün raketlərdən, “Patriot” və NASAMS sistemləri üçün döyüş sursatlarından gedir. Pat Rayder ABŞ-ın “Stinger” və HAWK üçün raketlər də daxil olmaqla, vəd etdiyi digər hava hücumundan müdafiə imkanlarının 67 faizini təmin etdiyini bildirib. “Kiçik bombalar və 105 mm-lik sursat da daxil olmaqla, yanğınla bağlı öhdəliklərimizin 60 faizini yerinə yetirdik”, - deyən Pentaqon rəsmisi əlavə edib ki, ABŞ anbarlarından silahların çatdırılması bir neçə gün və ya həftələr davam edir. Avadanlıqlardan hər hansı birinin təmirə ehtiyacı varsa, tez bir zamanda bərpa olunur və Ukraynaya göndərilir.
Bayden Ukraynaya silah tədarükünü artırmağı tapşırıb
Bütün bunların fonunda ABŞ Prezidenti Cozef Bayden bugünlərdə də ölkənin hərbi departamentinə Ukraynaya silah tədarükünü artırmağı tapşırıb. Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir. “Son aylarda ABŞ Ukraynaya yüzlərlə raket əleyhinə silah verib və daha çoxunu çatdırır. Mən ABŞ Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünü artırmağa davam etməyi tapşırmışam. Birləşmiş Ştatlar Rusiya qüvvələrinə qarşı müdafiə etdiyi üçün Ukraynanın mövqeyini gücləndirməkdə yorulmadan işləməyə davam edəcək”, - deyə Bayden vurğulayıb.
Ukraynada hərbi əməliyyatlar 2025-ci ildə bitəcəkmi?
Əlbəttə, sülh çağırışları fonunda Bayden administrasiyasının bu addımı vəziyyəti daha da gərginləşdirəcək. Çünki Avropa İttifaqının bir sıra dövlətləri də artıq müharibənin sona çatmasının zəruriliyini vurğulayırlar. Hazırda Avropa İttifaqına sədrlik edən Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Ukraynada hərbi əməliyyatlar 2025-ci ildə bitəcək. Viktor Orban bu fikri “Magyar Nemzet” qəzetinə müsahibəsində səsləndirib. “Ukraynadakı müharibə 2025-ci ildə başa çatacaq. O, ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhv olması ilə bitəcək”, - deyə Baş nazir qeyd edib.
ABŞ və Aİ-nin Ukraynadakı müharibəyə təxminən 300 milyard avro xərclədiyini xatırladan Viktor Orbanın sözlərinə görə, həmin vəsaitlə Avropada həyat səviyyəsini sürətlə artırmaq mümkün ola bilərdi: “İnfrastrukturu, nəqliyyat və enerji sistemləri dağıdılan Ukraynanı milyonlarla insan tərk edib və ölkə yaxın gələcəkdə iqtisadi cəhətdən özünü təmin edə bilməyəcək”.
Ukrayna müharibəsinə döyüş meydanında deyil, yalnız danışıqlar masası arxasında son verilməli olduğunu dəfələrlə bəyan edən Orban bu məsələdə bütün ümidlərini Ukraynadakı vəziyyəti həll etməyi vəd edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qarşıdakı andiçmə mərasiminə bağladığını deyib. O, həmçinin hesab edir ki, Donald Tramp Ağ evə qayıtdıqdan sonra “dünya daha təhlükəsiz olacaq”.
Matviyenko: Gələn il danışıqlar prosesi başlaya bilər
Yeri gəlmişkən, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da Ukrayna ilə danışıqlar prosesinin 2025-ci ildə başlaya biləcəyini istisna etməyib. O bildirib ki, istənilən danışıqlarda kompromislər axtarmaq lazımdır, ancaq əsas şərtlər yerinə yetirilməklə. Çünki Rusiya öz milli maraqlarını qorumaqdan geri çəkilməyəcək. “Mənim fikrimcə, danışıqlar prosesi çox çətin olacaq. Siyasət kompromis axtarışıdır”,-deyə Matviyenko vurğulayıb.
Belə bir şəraitdə hakimiyyətdən getməsinə sayılı günlər qalmış Co Baydenin ABŞ Müdafiə Nazirliyinə məlum tapşırığı ciddi suallar doğurur. Görünən odur ki, Bayden administrasiyası hər vasitə ilə tərəflər arasında sülhə əngəl olmağa çalışır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44

