“Erməni arzularının” fəalları...
28.12.2024 [12:16]
Azərbaycana düşmən kəsilən düşməndən betərlər
2024-cü il sona yaxınlaşır. Ölkədə hər bir vətəndaş arxada qoyduğumuz ilin yekunları ilə bağlı ən azından özü qarşısında bir hesabat verir - mən, bu il ərzində nələri etdim, nələri etmədim və ya nələri edə bilərdim... Təbii ki, hər bir insan həm də yaşadığı dövlətin qarşısındakı vətəndaş məsuliyyəti nöqteyi-nəzərdən bir hesabat vermək kimi borcluluq hiss edir.
Bəzi “erməni arzularının” ifadəçisi sayılanların hesabatları isə əvvəlcədən bəllidir. Sevinc Osmanqızı, Əli Kərimli, Arif Məmmədov, Gültəkin Hacıbəyli kimilərinin hesabatı yalnız və yalnız erməni maraqlarına, erməni mənafeyinə istiqamətlənib.
Məsələn, Əli Kərimli il ərzində siyasi bitkinliyini gizləmək üçün müxtəlif manevrlərə əl atırdı - ilin əvvəlində erməni tezisləri əsasında ölkədə baş tutan mühüm siyasi hadisələrə qarşı düşmən münasibəti sərgilədi. AŞPA-nın məlum qərəzli mövqeyinə “amin” demək üçün əldən-ayaqdan gedən Kərimli onların boş-boş söz yığınına çevrilən “qətnamələrindən” “kərəm umdu”. Azərbaycanın Fransaya qarşı apardığı haqlı mübarizədə Makronu dəstəklədi, Paşinyanı bağrına basdı, erməni iddialarına haqq qazandırdı. Nə gözləyəsən - müharibə dövründə Azərbaycan dövlətinin erməni əsgərlərinin ölüm sayını qəsdən “şişirtdiyini” iddia edən, zəfərimizi “yarımçıq” adlandıran, torpaqlarımızın azad edilməsini ciddi-cəhdlə təkzib etməyə çalışan birisindən başqa heç nə gözləmək olmaz. Ermənipərəst Ben Kardenə “qoşularaq” hərbi cinayətkarlara “azadlıq” istəyən Kərimli xalqının təyyarə faciəsini siyasi alver predmetinə çevirmək üçün fürsət güdənlərdəndir. Hər kəs hüzn içində olanda Kərimli erməni arzularını faş etməklə məşğul idi. Hətta erməni Paşinyan belə Əli Kərimlidən daha ləyaqətli davranış sərgilədi - Azərbaycana başsağlığı verdi. Kərimli isə faciə üzərindən tələm-tələsik tamaşa oynamağa başladı ki, bu dəfə də oxu daşa dəydi...
Digərləri də bu işlərdə Kərimlidən geri qalmır desək, yanılmarıq. Məsələn, özünün qeyri-adekvat davranışları, “fantaziyaları” ilə məşhur olan Sevinc Osmanqızının tez-tez “efirindən” qəribə “hallarının” şahidi olduq - məşhur “pişik” əhvalatından tutmuş, başqa “məziyyətlərə” qədər bütün gerçəkliklər üzə çıxıb. Xəstə təfəkkürə sahib olanlardan da başqa bir gözlənti yersiz sayılardı - “pişik” sözünü efirində təkrarlayaraq qəşş edən birisinin ideyası da, ideologiyası da fantaziyaları ilə səsləşməli idi və səsləşir də...
Osmanqızı tək deyil. Birinin “pişik” havası bir başqasının “buğa” replikası ilə “tənləşir”. Gültəkin Hacıbəylinin olmayan “milli şura” iclasını “kolxoz mükaliməsi” kimi qavraması da məhz bu düşüncə tərzindən qaynaqlanır.
Bu siyahını davam etdirmək də olar. Keçmiş səfir, indiki xain Arif Məmmədov, Fransada oturub Makronun diqtəsi ilə erməni tezisləri “püskürən” Qənimət Zahid və onlar kimi erməni arzusunun ifadəçiləri olanları ifşa etmək çətin bir məsələ deyil - danışdıqları, dedikləri, yazdıqları hər bir söz birmənalı şəkildə bu dövlətin, bu xalqın əleyhinədir. Onlar dövlətin milli maraqlarını hər kəsə satmağa hazırdırlar - fərq etmir pulu Makron verir, Soros verir və ya hansısa Avropada yaşayan erməni lobbisinin üzvü olan “yan” verir.
Erməni “təbliğatının” sınıq təkərinə çevrilən belələri il ərzində ancaq və ancaq uğurlarımıza, nailiyyətlərimizə baxıb köks ötürdülər. Beynəlxalq arenalarda layiqli davranışımız, qlobal tədbirlərdə ən yuxarı kürsüdə asılan bayrağımız, sözümüz və əməlimiz bu kimi erməni qazanının dibi olanlar üçün ən böyük faciədir. Xalqının pis gününə sevinib, xoş gününə təəssüflənənlər dövlətinin və millətinin düşmənləridirlər...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

