Pxenyan və Seul barışır?
21.08.2025 [10:49]
Seul KXDR ilə barışmaq istəyir. Qeyd edək ki, Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, Koreya Respublikasının Prezidenti Li Çje Myon hər iki tərəfin maraqlarına uyğun olaraq KXDR ilə sülh danışıqları aparmaq niyyətindədir.
Agentlik qeyd edib ki, Li Çje Myon administrasiyası Koreya yarımadasında sülhün təmin edilməsi üçün hər hansı eqoist maraqlardan deyil, həm Cənub, həm də Şimal üçün sabitlik və firavanlıq naminə fəal tədbirlər görməyə hazırlaşır. Beləliklə, yeni hökumətin bu istiqamətdə əsas hədəfi Koreya yarımadasında düşmənçilik və qarşıdurma dövrünü geridə qoymaq və sülh, sabitlik və təhlükəsizliyi bərqərar etməkdir. Bu məsələ bir müddətdir ki, gündəmdədir. Əvvəlcə bu məsələ nazirlik səviyyəsində gündəmə gətirilmişdi. İyulun 28-də Cənubi Koreyanın Birləşmə Nazirliyinin mətbuat katibi Koo Byunh-sam jurnalistlərə açıqlamasında bildirmişdi ki, Cənubi Koreya hökuməti KXDR ilə münasibətlərdə gərginliyi azaltmağa çalışacaq, xüsusilə də Koreyalararası barışıq və əməkdaşlığa, həmçinin Koreya yarımadasında qarşılıqlı sülhə nail olmaq üçün səy göstərəcək. Nazir iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əlavə addımların atılmasının zəruriliyini vurğulayıb. Yeni hökumət Şimali Koreya ilə sərhəddə hərbi fəaliyyəti dayandıran qarşılıqlı razılaşmanı yeniləməyi də planlaşdırır.
Sülh mümkündür?
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, KXDR ilə Koreya Respublikası arasında sülh və barışıq qeyri-mümkündür. “Cənubi Koreya KXDR ilə barışıq istəyə bilər, amma əsas məsələ burasındadır ki, burada reallığı nəzərə almaq lazımdır. Reallıq budur ki, hər iki tərəf yetmiş ildən çoxdur ki, bir-birinə qarşı düşmən mövqedədir. Əgər hər hansı barışıqdan söhbət gedirsə, onda gərək hər iki tərəf arasında diplomatik münasibətlər qurulsun, sərhədlər açılsın və Şimal və Cənub arasında gediş-gəliş təmin olunsun. Sərhədlərin açılacağı və gediş-gəlişin təmin olunacağı halda KXDR-nin casusları Cənubi Koreyaya, Koreya Respublikasının casusları isə Şimali Koreyaya axın edəcək. Bu isə nə Şimali Koreyaya, nə də Cənubi Koreyaya sərf etmir. Eyni zamanda, burada bir məqamı da nəzərə almaq lazımdır ki, Şimali Koreyadakılar cənuba axın edərkən oradakı fərqli sosial həyatı və yaşam səviyyəsini, belə demək mümkünsə, yüksək səviyyəli inkişafı görüb dünya görüşləri dəyişəcək. Sözsüz ki, Şimali Koreya bunu heç vaxt istəməz. Bu səbəbdən, KXDR ilə Koreya Respublikası arasında sülh və barışığın bərqərar olunması inandırıcı görünmür,” - deyə S.Hümbətov vurğulayıb.
Tramp yenidən Koreya məsələsinə qayıda bilər
Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, hər iki tərəf arasında sülh təşəbbüsləri irəli sürülə bilər. “Şimali Koreya ilə Cənubi Koreya arasında çox dərin problemlər var. İstər siyasi, istərsə iqtisadi-texnoji, istərsə də ideoloji baxımdan hər iki tərəf arasında fərqliliklər mövcuddur. Xüsusilə, KXDR-nin ballistik raketlər istiqamətində tədqiqatları, hərbi-siyasi gücünü və qüdrətini daha da artırması Cənubi Koreyanın təhlükəsizliyinə təhdidlər yaradır,” - deyə İ.Hüseynov vurğulayıb. Ekspert qeyd edib ki, əgər hər iki tərəf arasında sülh və barışıq bərqərar olarsa, bu, yarımadada sabitliyə müsbət təsir göstərə bilər. “Trampın birinci hakimiyyəti dövründə ABŞ ilə KXDR arasında dialoq aparılırdı. Bu dialoq müəyyən mənada effektli nəticələrə gətirib çıxardı. Trampın yenidən Koreya məsələsinə qayıtması istisna deyil. Dünyanın müxtəlif regionlarında münaqişələrin həlli üçün Trampın sülh təşəbbüsləri ilə çıxış etdiyi bir zamanda Cənubi Koreyanın Prezidenti Li Çje Myonun Şimali Koreya ilə barışıq istəməsi təsadüfi ola bilməz. Cənubi Koreya Qərb, Şimali Koreya isə Rusiya ilə yaxın münasibətləri ilə seçilən ölkələrdir. Rusiya-Ukrayna münaqişəsinin nizamlanması fonunda KXDR ilə Koreya Respublikası arasında sülh və barışıq istiqamətində müəyyən addımların atılması mümkündür”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25

