Cənubi Qafqazdakı yeni reallıqlar...
22.08.2025 [10:58]
Rusiya İrəvana təzyiqləri artırır?
Cənubi Qafqazda baş verən son proseslər bölgə dövlətlərinin regiona yeni baxış bucağı sərgiləməsinə yol açıb. Təsadüfi deyil ki, Vaşinqton sammitindən sonra bu və ya digər şəkildə bir çox ölkələrin rəsmi şəxsləri İrəvanı “ziyarət” etməkdədirlər. İran prezidentinin səfərinin ardından Rusiya nümayədə heyətinin Ermənistan paytaxtına gəlişi fikirlərimizi təsdiqləyir.
Rusiya 9 aydan sonra Aİ prosesini “xatırladı”...
Vurğulandığı kimi, bölgədə baş verənlər və yaranan yeni reallıqlar Moskvanın diqqətini yenidən İrəvana tuşladı. Onsuz da gərgin olan münasibətlərdə yeni simptomların ortaya çıxması Moskva-İrəvan müzakirələrində yeni bir orbit formalaşdırıb - üzdə “işgüzar” və ya “ikitərəfli əlaqələr” kontekstində izah edilən bu kimi səfərlərin arxa planında nələrin dayanması sirr deyil. Kreml Cənubi Qafqazda zəifləyən nüfuzunu bərpa etmək üçün yenidən özünün “zəif bəndi” hesab etdiyi Ermənistana üz tutur.
Vurğulandığı kimi, Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvana gəlişi heç də təsadüfi xarakter daşıya bilməz - nəzərə alınmalıdır ki, hələ ötən həftə Overçuk (Vaşinqton görüşünün dərhal ardından) Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini müzakirə etmək üçün İrəvana səfər edəcəyini bəyan etmişdi. “Gələn həftə İrəvana uçuram. Səfərin özü əvvəlcədən planlaşdırılıb, bu, Ermənistan Respublikasının hüquqi bazasında yeni hüquqi aktın, meydana çıxması ilə əlaqədardır ki, bu, bizim fikrimizcə, Avrasiya İqtisadi İttifaqının qanunlarına ziddir”, - deyə Overçuk bildirmişdi.
Qeyd edək ki, Aleksey Overçuk konkret olaraq Ermənistanın Aİ-yə qoşulmaq prosesinin başlanması haqqında qanun layihəsini nəzərdə tuturdu. Belə ki, 2025-ci ilin yanvar ayının 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması barədə qanun layihəsini parlamentə təqdim etdi. Overçuk bu qanun layihəsini Aİİ-dən çıxış təşəbbüsü kimi qiymətləndirmişdi.
Üstəlik, Overçuk əlavə etmişdi ki, Ermənistan normativ-hüquqi bazasına Aİİ-yə üzv olmayan dövlətlərdən idxal olunan ərzaq məhsullarının sertifikatlaşdırılmasını sadələşdirən aktların daxil olması da Aİİ qaydalarına ziddir.
Maraqlıdır ki, Ermənistan bu prosesi artıq 9 aya yaxındır ki, başladıb - Overçukun indi bu məsələyə reaksiya verməsi özü təəccüblüdür. Digər tərəfdən, necə oldu ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması reallaşan kimi Overçuk İrəvana Aİİ-ni xatırlatdı.
Müzakirələrin gedişi...
Vurğulayaq ki, Overçuk bir neçə gün öncə İrəvana səfər edib və iqtisadi əməkdaşlıq üzrə Rusiya-Ermənistan hökumətlərarası komissiyasının həmsədri Mher Qriqoryanla görüşüb. İki ölkənin baş nazirlərinin müavinləri arasında təkbətək, daha sonra geniş tərkibdə görüş baş tutub. Görüş zamanı hökumətlərarası komissiyanın 23-cü iclasında əldə olunmuş razılaşmaların icrasının gedişi, ümumilikdə ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib. Tədbirlə bağlı yayılan xəbərdə bildirilir ki, görüşün əvvəlində baş nazirin müavini Mher Qriqoryan Rusiya baş nazirinin müavininə Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Rusiyadan Ermənistana taxıl idxalı məsələsində operativ reaksiya və dəstəyə görə təşəkkür edib. Rusiya-Ermənistan münasibətlərindən danışan Overçuk və Qriqoryan ticarət-iqtisadi, nəqliyyat, energetika və gömrük sahələrində birgə işin vacibliyini qeyd ediblər və Aİİ çərçivəsində əməkdaşlığı qeyd ediblər.
Daha sonra isə Ermənistanın baş nazir Nikol Paşinyan Aleksey Overçuku qəbul edib. Görüş zamanı Ermənistan və Rusiyanın ikitərəfli gündəliyinə dair məsələlər müzakirə olunub, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunulub. Ticarət dövriyyəsinin dinamik artımı, eləcə də birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Moskvanın Aİİ pərdəsi...
Aleksey Overçukun İrəvana səfəri formal olaraq Aİİ çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri ilə izah olunsa da, əslində, Moskvanın narahatlığını üzə çıxardı. Ermənistanın Aİ inteqrasiyanı sürətləndirmək istiqamətində atdığı addımlar, eləcə də hökumətin qanunvericilik bazasına Avropa ilə uyğunlaşdırılan yeni normativ aktların daxil edilməsi Kreml üçün ciddi siqnallar deməkdir.
Vurğulandığı kimi, Overçukun bəyanatlarında Aİİ qanunvericiliyinə zidd addımlar vurğulansa da, bu, sadəcə, “pərdə”dir. Əsl məqsəd Ermənistanın yeni siyasi kursunu dayandırmaq, onu yenidən Moskvanın orbitində saxlamaqdır. Lakin Moskva anlamalıdır ki, artıq nə Ermənistana, nə də regionda baş verən proseslərə təsir göstərmək imkanına malikdir.
2020-ci il müharibəsindən sonra bölgədə tam yeni siyasi reallıq formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, Ermənistan isə Rusiya asılılığından qurtulmağa çalışır. Bu mənzərə Moskvanın Cənubi Qafqazda ənənəvi təsir mexanizmlərini iflic edib. Cənubi Qafqazın yeni siyasi nizamında dövlətlərin maraqları öz suverenliyi və milli təhlükəsizlik prinsipləri üzərində qurulur. Xarici diktə və köhnə hegemonluq siyasəti artıq keçmişdə qalıb. Moskva bu reallığı qəbul etməli, əks halda bölgədən tamamilə sıxışdırılmaq təhlükəsi ilə üz-üzə qalacaq.
Beləliklə, görünən budur ki, Rusiya Ermənistan üzərindən özünün təsir imkanlarını yenidən genişləndirmək istəyir - xüsusilə, yaranan yeni iqtisadi-siyasi situasiya Moskvanı tələsdirir. Bu baxımdandır ki, Kreml planlarını və ya məqsədlərini məhz Aİİ pərdəsi altında gizlətməyə çalışır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54

