“Tunelin sonunda işıq” görünəcək?
05.09.2025 [09:52]
Putin Zelenskini Moskvaya çağırır: hazır olanda...
Ukrayna - Rusiya müharibəsinin yekunlaşdırılması ilə bağlı aparılan Vaşinqton prosesi əvvəlcə sülh ümidi yaratsa da, sonradan yarımçıq qaldı. Belə ki, avqustda ard-arda Putin və Zelenskinin ABŞ-a səfər etməsi, Ağ Ev lideri ilə görüşməsi və prosesi müzakirə etməsi bütün dünyada tezliklə həll yolunun tapılacağı ilə bağlı fikir oyatmışdı. Hətta üçtərəfli və ya ikitərəli görüşün keçirilməsi yeri ilə bağlı bir sıra təkliflər də gündəmə gəlmişdi. Roma, Vyana, Cenevrə, Körfəz ölkələri, hətta İstanbulun bu görüşə ev sahibliyi etmək perspektivi müzakirə olunurdu - Ukrayna prezidenti Zelenski belə görüşün harada keçiriləcəyi barədə mümkün ehtimalları dilə gətirmişdi.
Moskva inkar edir...
Amma görünən budur ki, prosesin istiqaməti dəyişib. Bunu rusiyalı rəsmilərin verdiyi açıqlamalar da təsdiqləyir. Belə ki, XİN rəhdbəri Lavrovun ardından Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da görüşün baş tutma ehtimalının aşağı olduğunu deyib. O qeyd edib ki, Putinlə Tramp arasında üçtərəfli və ya Putinlə Zelenski arasında görüş barədə heç bir razılaşma olmayıb. “Mən bildiyimə görə, Putin və Tramp arasında bu məsələdə heç bir razılıq olmayıb”, - o qeyd edib.
Onun sözlərinə görə, mətbuatda Putinlə Trampın Alyaskada görüşlə bağlı razılaşmanın əldə olunması barədə yayımlananlar heç də həqiqəti əks etdirmir.
Kreml müharibəyə davam deyir?
Qeyd edək ki, Rusiya prezidenti də Ukraynaya münasibətdə ritorikasını açıq şərtlər üzərində qurur. Məsələn, Vladimir Putin Zelenskinin görüşə hazır olduğu təqdirdə Moskvaya gəlməsini təklif edib. Bununla yanaşı, o vurğulayıb ki, Rusiya heç vaxt Ukraynaya təhlükəsizlik zəmanətlərinin ərazilər müqabilində verilməsi məsələsini gündəliyə gətirməyib. Putin xatırladıb ki, Moskvanın Ukrayna böhranını sülh yolu ilə həll etmək cəhdləri Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmaması səbəbindən pozulub. O bildirib ki, ərazi məsələləri Ukraynada referendum yolu ilə həll oluna bilər, lakin bunun üçün əvvəlcə hərbi vəziyyəti ləğv etmək lazımdır. 2022-ci ildə Rusiya qoşunlarının Kiyevdən geri çəkilməsindən sonra Ukrayna tərəfi döyüşləri davam etdirməyə qərar verib.
Putin Vladimir Medinskinin danışıqlar qrupunun rəhbəri kimi fəaliyyətindən razılığını ifadə edərək deyib ki, Moskva danışıqların səviyyəsini yüksəltməyə hazırdır. Vladimir Putin, həmçinin Ukrayna münaqişəsinin həlli istiqamətində “tunelin sonunda işıq” gördüyünü deyib və Rusiyanın əksər hərbçilərinin xüsusi əməliyyatın məqsədlərinə çatmaqda israrlı olduqlarını vurğulayıb. “Məqsədlərə sülh yolu ilə çatmaq daha yaxşıdır”, - deyə o, əlavə edib. Rusiya Prezidenti onu da qeyd edib ki, əgər sülh yolu ilə həll mümkün olmasa, Moskva qarşıya qoyulan məqsədlərə hərbi yolla nail olmağa məcbur olacaq.
Göründüyü kimi, Kreml hələ müharibənin əvvəlindən müəyyənləşdirdiyi şərtlərdən kənara çəkilmək niyyətində olmadığını biruzə verir. Düzdür, ABŞ-da baş tutan görüşdə münaqişənin həlli ilə bağlı prosesin detalları barədə açıqlama verilməsə də, xarici KİV-lər Kiyevin güzəştlərə məcbur ediləcəyini bildirirdi. Bunun qarşılığında isə Zelenski Rusiya ilə ikitərəfli görüş keçirilməsini məqsədəuyğun saymışdı. Putinin bu açıqlamasından isə bəlli olur ki, hansısa danışıqlar predmeti mövcud deyil - mövcud olan yalnız Rusiyanın öz iddialarından geri çəkilməməsidir. Bir çox siyasi mütəxəssislər bu açıqlamanı müharibənin daha da aktiv bir müstəviyə qədəm qoyması üçün zəmin adlandırıblar.
Həm realist, həm nikbin...
Rusiya prezidenti ABŞ lideri ilə Moskvada mümkün görüşə də münasibət bildirib - o qeyd edib ki, görüşə hazırlıq aparılmır və tarix də məlum deyil, lakin amerikalı lider Moskvaya dəvət edilib.
ABŞ Prezidenti Donald Tramp isə Rusiya və Ukrayna liderlərinin sülh danışıqlarına hələ hazır olmadıqlarını deyib. Tramp bu barədə CBS “News” telekanalına müsahibəsində deyib. “Hazırda onlar - Vladimir Putin və Vladimir Zelenski sülhə hazır deyillər. Amma nə isə baş verməlidir. Biz bunu edəcəyik”, - deyə o vurğulayıb.
Dövlət başçısı, həmçinin Ukrayna münaqişəsinin həllinin ona dayandırmağa çalışdığı münaqişələr arasında ən asanı kimi görünsə də, vəziyyətin gözləniləndən daha mürəkkəb olduğunu etiraf edib. O, Ukrayna ilə bağlı mövqeyini həm “realist”, həm də “nikbin” adlandırıb.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

