İşiba istefa verir...
09.09.2025 [09:14]
Yeni baş nazir kim olacaq?
Yaponiyanın baş naziri Şiqeru İşiba istefa verməyə hazırlaşır. Yaponiya KİV-ləri qeyd edirlər ki, Ş.İşiba artıq hakim Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsindən istefa verəcəyini təsdiqləyib - o, sosial şəbəkə hesabında LDP sədri vəzifəsindən istefa vermək qərarına gəldiyini bildirib. Qeyd edək ki, Şiqeru İşiba ötən ilin oktyabrında Fumio Kişidanın başçılıq etdiyi hökumətin istefasından sonra Liberal Demokrat Partiyasının rəhbəri vəzifəsini icra edir.
İlk qadın namizəd...
Baş nazir Şiqeru İşibanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri və hökumət başçısı vəzifəsindən istefa verəcəyini elan etdikdən sonra onun yerinə mümkün namizədlərin adları açıqlanıb. Yaponiyanın “Sinxua” agentliyinin məlumatına görə, İşibanın yerinə ən güclü namizəd xanım Sanae Takaiçi hesab edilir. İşiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiçi LDP sədri seçiləcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq. Bundan başqa, Şinciro Koizumi, Yoşimasa Hayaşi, Yoşihiko Noda və Yuiçiro Tamaki də iddialı namizədlər sırasındadır. Sanae Takaiçi son seçkilərdə Şigeru İşiba ilə ikinci tura qalmış, istefaya hazırlaşan baş nazirə 21 fərqlə (215-194) məğlub olmuşdu.
Baş nazir niyə istefa verir?
İyulun 20-də Yaponiyada parlamentin yuxarı palatasına keçirilən seçkilərdə Ş.İşibanın rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Komeito qələbə çalsa da, palatadakı bir çox yerləri itirib. Ölkənin müasir tarixində bu, ilk belə siyasi hadisə idi. Demək olar ki, yuxarı palatada hakim koalisiya 248 yerin yarısından azına nəzarət edir, bu da hökumətin qanun qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Son seçkilərin nəticələrinə görə, müxalif partiyalar - Konstitusiya Demokratiya Partiyası və Xalqın Demokratiya Partiyasının parlamentin yuxarı palatasında mandatının sayı artıb. Tez-tez ifrat sağçı kimi xarakterizə edilən Sanseito partiyası isə bu dəfə yuxarı palatada 14 deputatla təmsil olunur. Qeyd edək ki, bu, İşiba üçün ardıcıl ikinci böyük seçki məğlubiyyəti idi - 2024-cü ilin payızında baş tutan seçkilərdə hakim koalisiya parlamentin aşağı palatasında da yerlərin əksəriyyətini itirmişdi.
İyulun 20-dəki seçkilərdə istədiyi nəticəni əldə etməyən Şiqure İşiba LDP-nin rəhbər və baş nazir vəzifəsindən istefa vermək bəradə düşünüb. Yaponiya KİV-ləri iddia edirdi ki, İşiba avqustun sonunda istefa verə bilər. Lakin İşiba istefa verməyə tələsmədi - o, qərarını verməmişdən öncə keçmiş hökumət başçıları - Yoşihide Suqa, Fumio Kişida və Taro Aso ilə görüşlər keçirdi - məlumatlara görə, görüş zamanı yeni hökumətin formalaşması ilə bağlı məsələni onlarla ətraflı müzakirə edib. Bundan başqa, İşiba seçkilərdən sonra jurnalistlərə açıqlamasında istefası ilə bağlı yayılan iddiaları şərh edərkən qeyd etmişdi ki, o, hələ ki, istefaya verməyə tələsmir və istefadan öncə o, Vaşinqtonla ABŞ ilə Yaponiya arasında ikitərəfli iqtisadi-ticari münasibətlərin inkişafına və şaxələndirilməsinə, bu sahədə münasibətlərin nizamlanması istiqamətində yeni razılaşmaların əldə edilməsinə dair sazişin imzalanmasına nail olmalıdır. Artıq bu məsələ öz həllini tapıb. Qeyd edək ki, sentyabrın 5-də ABŞ Prezidenti Donald Tramp bir müddət öncə Yaponiya ilə imzalanan yeni ticarət sazişin həyata keçməsi üçün sərəncam imzalayıb - yeni sazişə görə, müəyyən gömrük prosedurları çərçivəsində hər iki tərəf bir-birinə öz məhsullarını ixrac edəcəklər, həmçinin bu sazişin müddəalarına əsasən investisiya imkanları da nəzərdən keçiriləcək. Görünür, Ş.İşiba ABŞ-la işi bitirdikdən sonra istefa vermək qərarına gəlib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50

