Fransada iqtisadi vəziyyət qeyri-qənaətbəxşdir
16.09.2025 [10:13]
“Fitch Ratings” ölkənin kredit reytinqini aşağı salıb
Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” Avropa ölkələrinin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini yeniləyib. Avrozona ölkələrindən Portuqaliyanın kredit reytinqi “A-”dan “A”-ya yüksəldilib və proqnozu “sabit” elan edilib. İspaniyanın reytinq balı isə “A”-dan “A+”-ya yüksəldilib və proqnozu “sabit” təyin olunub. “Fitch Ratings”in açıqlamasına görə, İspaniyanın özəl sektorunun son 10 ildə borc azaldılması sahəsində apardığı səylər öz mühüm bəhrəsini verib, xarici balansda əhəmiyyətli yaxşılaşma qeydə alınıb, ölkənin iqtisadi şoklara qarşı davamlılığı artaraq xarici maliyyələşmədə riskləri azalıb.
Avropa Birliyi ölkələrinin əksəriyyətinin kredit reytinqi isə əvvəlki kimi sabit saxlanılıb, bəzi dövlətlərin isə reytinq əmsallarında geriləmə baş verib. Agentliyin reytinq balını ən çox aşağı saldığı ölkə isə Fransa olub. “Fitch” Fransanın xarici valyutada uzunmüddətli kredit reytinqini “AA-”dan “A”-ya endirib və reytinqin proqnozunu “müsbət”dən “sabit”ə dəyişib.
Fransanın xarici borcu ÜDM-nin 120 faizinə yüksəlib
Ekspertlərin fikrincə, Fransa iqtisadiyyatına dair qiymətləndirmələr son bir ildə kəskin pisləşir, ölkənin yüksək və artan borc nisbəti davam edərək gəlirləri üstələyir. Dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ildə 113,2 faiz təşkil edirdisə, hazırda 120 faizə yüksəlib. Bu isə ölkənin yeni iqtisadi şoklara cavabvermə qabiliyyətini məhdudlaşdırır. Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, xarici borcun ÜDM-ə nisbəti 50 faizi aşması “qırmızı xətti” ötmək anlamına gəlir və maliyyə-büdcə dayanıqlığına ciddi zərbə vura bilər. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Bu baxımdan Fransa həmin cizgini artıqlaması ilə keçib və dövlət öhdəliklərinin pisləşməsi əmsalı Aİ-də ən təhülkəli həddədir. Fransada borc öhdəliklərinin pisləşməsinə hökumətin uğursuz maliyyə siyasəti daha çox təsir göstərir, xüsusilə də sonuncu hökumət kabinetinin bu prosesi daha da gərginləşdirdiyi vurğulanır. Keçən il keçirilən erkən seçkilərdən sonra Fransada 3 fərqli hökumətin fəaliyyət göstərməsi və vahid koordinasiyanın olmaması maliyyə konsolidasiya tədbirlərini zəiflədərək büdcə kəsirini ağırlaşdırıb. “Fitch”in qənaətinə görə, Fransanın fiskal konsolidasiya və AB maliyyə qaydalarına uyğunluq sahəsində zəif tədbirlər nümayiş etdirməsi borc yükünün 2029-cu ilə qədər daha da artacağından xəbər verir. Hökumət aşağı artım fonunda büdcə gəlirlərini azaldır, xərcləri qarşılamaq üçün büdcə kəsirini və borcu artırmağa məcbur olur.
“Eurostat”dan bədbin proqnozlar
Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Statistika İdarəsi (“Eurostat”) də Fransa və ümumilikdə avrozonada iqtisadi artımın və aktivliyin aşağı düşməsinə dair proqnozunu açıqlayıb. Məlumatda qeyd edilir ki, Aİ regionunda ümumi daxili məhsulun (ÜDM) aylıq müqayisədə cəmi 0,1 artsa da, inflyasiya 4-5 faiz olmaqla real gəlirləri xeyli üstələyib. Zəif artımın səbəbi ABŞ-ın tətbiq etdiyi tariflər fonunda artan ticarət qeyri-müəyyənliyinə görə biznes və əhalinin ehtiyatlı davranışlarıdır. Bununla belə, borclanma xərclərinin artması da iqtisadi aktivliyə mənfi təsir edib. Habelə daşınmaz əmlak sektorundakı uzunmüddətli durğunluq yerli tələbatın zəif qalmasının başlıca səbəblərindən biri olaraq qalır. Son aylarda faiz endirimləri və likvidlik dəstəyi kimi tədbirlər qeyri-müəyyənliyin davam etməsinə səbəb olmaqdadır. Ümumilikdə, Aİ bölgəsində İqtisadi Qeyri-Müəyyənlik İndeksi və Ticarət Qeyri-Müəyyənliyi İndeksi (TPU) nəzərəçarpacaq dərəcədə artıb. Bu isə iqtisadi subyektlərin gələcəyə dair proqnozları və qərarvermə proseslərini daha da mürəkkəbləşdirir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Regional iqtisadi perspektivlər” adlı hesabatında da ABŞ-in ticarət siyasətində baş verən dəyişikliklərin, o cümlədən gözlənilən sərt tarif tədbirlərinin qlobal iqtisadiyyata təsirləri və itkiləri barədə proqnozlar yer alıb. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Ticarət və İnkişaf Hesabatında da sərt pul siyasəti fonunda Avropada tənəzzül meyillərinin əlamətlərinin olmasına işarə edilib. Bölgədə ən çox təsirlərə məruz qalan ölkələr kimi Fransa və Almaniyanın üzləşdiyi maliyyə sıxıntıları vurğulanır. Proqnozlara əsasən, bu ölkələrdə alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələri fonunda kreditlərin azalması, eləcə də investisiya təşviqinin zəifləməsi ümumilikdə, avrozonada iqtisadi artım gözləntilərini zəiflədir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

