Benində nə baş verir?
09.12.2025 [09:32]
ECOWAS bu ölkəyə çevik reaksiya qüvvələri göndərir
Bu günlərdə Afrikanın daha bir ölkəsində dövlət çevrilişinə cəhd baş verib. Belə ki, dekabrın 7-də Benində bir qrup hərbçi ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər. Üsyançı hərbçilər dövlət televiziyası olan SRTB-nin efirindən bu bəyanatı veriblər. Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər. Qeyd olunub ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək. Üsyançı hərbçilər prezidentin iqamətgahını ələ keçirməyə cəhd ediblər.
Lakin qısa müddət sonra üsyançıların hakimiyyəti ələ keçirmələri barədə məlumat təkzib olunub. Beninin xarici işlər naziri “Reuters”ə bildirib ki, çevriliş cəhdi kiçik bir hərbçi qrup tərəfindən edilib, ordunun böyük hissəsi isə hakimiyyətə sadiq qalır. Onun sözlərinə görə, qiyamçılar yalnız dövlət televiziyasına nəzarəti ələ keçiriblər, siqnal bir neçə dəqiqəlik kəsilib.
Hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı Milli Qvardiya bölmələri tərəfindən alınıb. Üsyançılar həbs edilib və konstitusiya quruluşu bərpa olunub.
Benin Prezidenti Patris Talon milli televiziyada xalqa müraciət edib. “Hərbi qulluqçulardan ibarət kiçik bir qrup üsyan törədib və bu, ordumuz tərəfindən dərhal yatırılıb”, - deyə dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, çevrilişin bütün ocaqları zərərsizləşdirilib və üsyançıların xəyanət aktı cəzasız qalmayacaq. Prezident qeyd edib ki, hakimiyyət ölkədə vəziyyətə tam nəzarət edir. “Vəziyyət tam nəzarət altındadır. Hər yerdə təhlükəsizlik və ictimai asayiş təmin olunacaq”, - deyən dövlət başçısı əlavə edib ki, vətəndaşlar gündəlik işləri ilə təhlükəsiz şəkildə məşğul ola bilərlər.
Qeyd edək ki, Benin Respublikası Qərbi Afrikada yerləşir. Bu ölkə 1975-ci ilədək Daqomeya adlanıb. Ölkənin Benin və Qvineya körfəzlərinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə - Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı Porto-Novo şəhəri olsa da, hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir.
Xatırladaq ki, Benin uzun illər Fransanın müstəmləkəsi olub. Bu ölkə 1893-cü ildən Fransanın müstəmləkəsinə çevrilib. 1904-cü ildə Benin Fransız Daqomeyası adı altında fransız Qərbi Afrikasının tərkibinə daxil edilib. 1946-cı ildə Daqomeya Fransanın dənizarxası ərazisi statusunu alıb, 1958-ci ildə muxtar respublika kimi fransız cəmiyyətinin tərkibinə daxil edilib. 1 avqust 1960-cı ildən isə indiki Benin Daqomeya Respublikası olaraq müstəqil dövlət elan edilib.
Yeri gəlmişkən, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) bazar günü bir qrup hərbçinin Benində hakimiyyəti ələ keçirmək cəhdini şiddətlə qınayıb. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi çevriliş cəhdinə cavab olaraq Beninə öz çevik reaksiya qüvvələrini yerləşdirməyə dair qərar verib. “Reuters”in məlumatına görə, artıq təşkilatın hərbi və siyasi rəhbərliyi Beninə çevik reaksiya qüvvələrinin göndərilməsi barədə göstəriş verib. Bununla belə, Beninə hansı ölkələrin qoşunlarının yerləşdiriləcəyi açıqlanmayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

