Paşinyanın təklifi nəyə hesablanıb?
01.11.2022 [10:36]
Erməni baş nazir sülhməramlıların xidməti vaxtını uzatmaqla sülhü yubatmağa çalışır
2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat müharibənin yekunlaşması ilə yanaşı, yeni geosiyasi situasiya yaratdı. Belə ki, razılaşmaya görə, Rusiyanın sülhməramlı kontingenti regiona yerləşdirilir, bunun qarşılığında isə erməni silahlı qüvvələri paralel olaraq geri çəkilir.
Razılaşmanın bu bəndi qismən yerinə yetirilib - sülhməramlı kontingent regiona yerləşsə də, erməni silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan torpaqlarından çıxarılmayıb. Üçtərəfli bəyanatda o da vurğulanır ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır. Başqa sözlə, bu kontingentin fəaliyyəti və qalma müddəti ilə bağlı hər iki tərəfin razılığı vacibdir.
Sülhməramlı kontingent cəmi 2 ildir fəaliyyət göstərir və hələ onların fəaliyyəti ilə bağlı hər hansı bir qərar üçün qarşıda 3 illik zaman var. Amma nədəndirsə, Ermənistan baş naziri Paşinyan artıq indidən kontingentin qalma müddətini 10 il, hətta 20 il uzatmaq “niyyətinə düşüb”. Bu fikirləri o oktyabrın 29-da hakim “Mülki müqavilə” partiyasının qurultayında çıxışı zamanı bildirib: “Biz Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalmasını istəyirikmi? Əlbəttə ki, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Artsaxda [Qarabağ - red.] mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram”.
Paşinyan bu kimi fikirlər ifadə etməklə isə sülh müqaviləsinin imzalanmasının, sərhədlərin delimitasiyası və demarkasiyasının vaxtını uzatmağa çalışır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Paşinyan məxsus olduğu etnosun xüsusiyyətlərinə əsasən, riyakarlığını və məkrli planlarını ən müxtəlif vasitələrlə həyata keçirməyə çalışır. Amma hər zaman olduğu kimi yenə özünü pis vəziyyətə salır: “Bu kimi fikirlərlə Paşinyan bir daha təsadüfi insan olduğunu, dərin siyasi intellektə malik olmadığını ortaya qoyur. Çünki sülhməramlı qüvvələr Azərbaycanın ərazisindədir və bu, birbaşa Azərbaycanın da səlahiyyətində olan məsələdir. 2020-ci il 10 noyabr üçtərəfli sazişində bildirilir ki, sülhməramlı kontingentin qalma müddəti hər iki tərəfin razılığı ilə uzadıla bilər. Paşinyan hələ həmin sazişlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Həmin sazişdə o da ifadə olunurdu ki, sülhməramlı qüvvələrin Azərbaycanın ərazisinə yerləşməsi ilə paralel şəkildə Ermənistanın silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməlidirlər. Amma indiyə qədər hələ də bu qüvvələrin tör-töküntüləri Azərbaycan torpaqlarında qalır. Bu səbəbdən də o, indidən sülhməramlıların vaxtının uzadılmasını arzulayır”.
Millət vəkilinin fikrincə, Paşinyan bu kimi fikirlərlə həm də Rusiyanın xoşuna gəlmək istəyir. Eyni zamanda, bu kimi ifadələrlə Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirməyə çalışır. “Bununla yanaşı, belə bir fikrə düşməsi Paşinyanın sülh müqaviləsini imzalamaqdan boyun qaçırdığını da deməyə əsas verir. Yəni, sülhməramlılar 10-15 il Azərbaycan ərazisində qalırsa, demək ki, problem həll olunmur. Amma Paşinyan unudur ki, Praqada keçirilən dördtərəfli görüşdən sonra o, ölkəsi adından Azərbaycanın ərazi bütövluyünü tanıdığını bəyan edib. Göründüyü kimi, Paşinyanın mövqeyi ziddiyyətlidir, fəaliyyəti isə qeyri-müəyyəndir. Onun sözü ilə əməli düz gəlmir. Fikrimcə, Paşinyan situasiyanı hazırki vəziyyətdə dondurmaq, prosesi uzatmaq üçün ciddi səy göstərir. O, sülh sazişinin imzalanmasını, sərhədlərin demarkasiya və delimitasiyasının həyata keçirilməsini, kommunikasiyaların açılmasını istəmir. Ümid edir ki, nə zamansa situasiya dəyişə bilər. Ermənistanın gücü arta bilər və revanşist mövqeyini ortaya qoya bilər. O bu arzu ilə yaşayır. Bu arzu və istək həm də erməni diasporunun arzularıdır. Onlar bu ideyanın reallaşması istiqamətində ciddi fəaliyyət göstərməyə çalışırlar. İstəyirlər ki, vəziyyət belə davam etsin, gələcəkdə Ermənistan yenə də Azərbaycana qarşı hər hansı bir qeyri-konstruktiv addım atsın. Bu, onların böyük səhvidir”, -deyə F.Ağamalı əlavə edib.
Milli Məclisin deputatı Arzu Nağıyev isə bildirib ki, Paşinyan həm daxili, həm də xarici auditoriya üçün “siyasət oyunu” oynayır: “Paşinyan Ermənistan ilə Azərbaycan arasındakı məsələlərə nəzərən dəfələrlə bildirib ki, KTMT öz funksiyasını yerinə yetirmir. İndi isə sülhməramlı qüvvələrin 20 il də regionda qalmasına razı olduğunu bildirir. Onun fikirləri ziddiyyətlidir. Mən deyərdim ki, qondarma rejimin təşkil etdiyi mitinqlərin də təşkilatçıları məhz Paşinyan komandasıdır. Onlar belə bir görüntü yaratmaq istəyirlər ki, guya Paşinyan hakimiyyəti ilə razı deyillər. Bu, birmənalı şəkildə özlərinin qurduqları oyundur”.
A.Nağıyevin fikrincə, sülhməramlı qüvvələrin qalma müddətinin uzadılması üçün sülhün bərqərar olmaması, regionda təhlükəli vəziyyətin hökm sürməsi gərəkir. “Yəni, sülhməramlılar münaqişə olan yerlərdə xidmət edirlər. Ermənilər də daim təxribatlar törətməklə, silahlı insidentlərlə çalışırlar ki, problem öz həllini tapmasın. Onlar istəyirlər ki, sülh bərqərar olmasın, sülhməramlılar da regionda qalmaqda davam etsinlər. Buradakı məqsəd prosesi - sülh müqaviləsinin imzalanmasını uzatmaq və status kvonu saxlamaqdır. Əsas məqsəd bundan ibarətdir. Ən ciddi məsələlərdən biri isə Paşinyanın bu fikirləri məhz Soçi görüşü öncəsi səsləndirməsidir. Bu kimi bəyanatın indiki halda verilməsinin əsas məqsədi Soçidə kontengentin saxlanması ilə bağlı məsələni aktuallaşdırmaqdan ibarətdir”, -deyə A.Nağıyev əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19

