“Pakt” aktuallığını itirdi
07.04.2024 [10:40]
Türkiyə də Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxdı
Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb. Bu barədə qərar rəsmi qəzetdə dərc olunub. Bildirilib ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək. Qeyd edək ki, Rusiya bu müqavilədən 2023-cü ildə imtina edib.
Köhnə müqavilə yeni şərtlərlə də aktual ola bilmədi...
Qeyd edək ki, AASQM sazişi 19 noyabr 1990-cı il tarixdə Parisdə NATO üzvü olan 16 ölkə (Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İslandiya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) və Varşava Müqaviləsinin 6 dövləti (Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiya) tərəfindən imzalanmışdı və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdi. Müqavilə sənədi imzalayan ölkələr qruplarının malik ola biləcəyi hərbi texnikanın, o cümlədən tankların, artilleriyanın, helikopterlərin və təyyarələrin miqdarı üçün kvotalar müəyyən edirdi. AASQM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlər qrupunun silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilərdi. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi.
Müqavilə, digər məsələlərlə yanaşı, dörd zonada, o cümlədən cinahlarda həm NATO-ya, həm də qarşı tərəfə müəyyən miqdarda silah saxlamaq hüququ tanıyırdı. Tərəflərə 4700 tank, 5900 zirehli maşın və 6000 artilleriya sistemi yerləşdirməyə icazə verilirdi.
1999-cu ildə ATƏT- in İstanbulda keçirilən sammitində yeni şərtlər (Varşava Müqaviləsi Təşkilatının ləğvi və NATO-nun genişləndirilməsi) nəzərə alınmaqla müqavilənin yenilənmiş variantı növbəti dəfə imzalandı. Yeni qaydalara uyğunlaşdırılmış müqavilədə hər bir iştirakçı dövlətə bloklaşmadan fərdiləşməyə keçid üçün mühüm əsaslar yaradılmışdı. Bu müqavilə də heç bir NATO ölkəsi tərəfindən ratifikasiya olunmadı və demək olar ki, qüvvəyə minmədi.
Vurğulayaq ki, müqavilənin müddəti qeyri-məhduddur. Hər bir iştirakçı dövlətin bu qərar haqqında bütün digər iştirakçı dövlətləri ən azı 150 gün əvvəldən xəbərdar etmək şərti ilə CFE Müqaviləsindən çıxmaq hüququ var.
Türkiyənin hərbi müdafiə sənayesi yüksək inkişaf mərhələsinə qədəm qoyub
Ankaranın müqavilədən çıxması yeni müasir inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Türkiyənin milli müdafiə sənayesi sahəsində inqilabi nailiyyətlər əldə etməsi danılmaz faktdır. Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik uçuş aparatları, qırıcılar, helikopterlər və avtomobillər istahsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “Hürjet” isə Türk Silahlı Qüvvələri üçün mövcud “F-16”ları da əvəz edəcək - “KAAN” yerli sursatla təchiz ediləcək. “KAAN”ın texniki xüsusiyyətlərinə gəldikdə isə Türk Təyyarə Sənayesi Şirkətinin (TUSAŞ) yerli və milli imkanlarla inkişaf etdirdiyi milli döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatlarının hava xəbərdarlıqları, nəzarəti kimi funksiyalarını özündə cəmləşdirir. Yeni nəsil silahlarının vasitəsilə havadan havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb.
Bu ilin əvvəlində Türkiyənin ilk milli döyüş təyyarəsi olan “KAAN” ilk uçuşunu həyata keçirdi. “KAAN”ın Ankara səmasında reallaşan uçuşu uğurla başa çatdı - Türkiyə bu təyyarəni ABŞ-ın “F-35” qırıcılarına alternativ olaraq istehsal edir. İlk uçuş isə perspektiv imkanları yenidən göz önünə sərdi.
Ümumiyyətlə, bu döyüş təyyarəsi barədə məlumatlar yayılmağa başladığı gündən etibarən rəsmi Ankaraya birgə əməkdaşlıqla bağlı çoxsaylı təkliflər edilir. Azərbaycan isə hələ ötən ildən “KAAN” proqramının rəsmi üzvü olub. Müqaviləyə görə “KAAN”ın birgə istehsal və təkmilləşdirmə fəaliyyəti ilə bağlı iş prosedurları, əməkdaşlıq prinsipləri müəyyən ediləcək və Azərbaycanın təyyarələr üçün alt sistemləri istehsal etməsinə zəmin yaranacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

