Bakı WUF13-ə hazırdır
03.02.2026 [10:57]
10 ilin hesabatı, 10 ilin hədəfləri...
Artıq Azərbaycan bütün dünyada qlobal dialoq məkanı kimi qəbul olunur. Bu da onunla bağlıdır ki, ayrı-ayrı mötəbər beynəlxalq təşkilatlar ölkəmizdəki uzunmüddətli sabitliyi, cəmiyyətin tolerantlığını, möhkəm həmrəylik mühitini və əlbəttə ki, davamlı inkişafı nəzərə almaqla özlərinin mühüm tədbirlərinin Azərbaycanın ev sahibliyi ilə keçirilməsinə üstünlük verirlər. Beləliklə də, qlobal gündəliyin aktual məsələləri respublikamızda müzakirə olunaraq önəmli qərarlar qəbul olunur.
Böyük uğurla baş tutan COP29-dan sonra ölkəmiz daha bir qlobal tədbirə ev sahibliyi etməyə hazırlaşır. Söhbət 2026-cı il 17-22 may tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir. Dünyanın nəzərləri yenidən Azərbaycana yönələcək, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq.
“Dostlar Qrupu”nun davamlı urbanizasiya və Yeni Şəhərsalma Gündəliyi ilə bağlı müzakirələri
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan BMT və Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən təmsil olunan Azərbaycan hökuməti arasında imzalanan WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən sazişə uyğun olaraq beynəlxalq tədbirə hazırlıq praktiki müstəviyə keçib. İndiki mərhələdə hazırlıqlar BMT ilə koordinasiyalı şəkildə aparılır. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Məskunlaşma Proqramı üzrə “Dostlar Qrupu”nun davamlı urbanizasiya və Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş iclası keçirilib. Toplantıda “Dostlar Qrupu”nun həmsədrləri qismində Polşa və Zimbabvenin BMT yanında daimi nümayəndəlikləri, həmçinin Azərbaycanın BMT yanında nümayəndəliyinin və bir sıra üzv dövlətlərin diplomatları, təşkilat rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Çıxışlarda forumun yalnız ev sahibi ölkə və ya UN-Habitat üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün platforma olduğu vurğulanaraq üzv dövlətlər fəal iştiraka dəvət olunub. İclas sual-cavab formatında davam edib. Tədbirdə WUF13-ə hazırlıqlar diqqət mərkəzində olub. Görüşün əsas məqsədi yeni şəhərsalma gündəliyinin ortamüddətli icmalına hazırlıq prosesinin erkən mərhələdə müzakirəsi olub.
Tədbirdə Polşanın BMT yanında daimi nümayəndəsi Krzysztof Szczerski, “UN-Habitat”ın icraçı direktoru Anaklaudia Rossbax, Malavinin BMT yanında daimi nümayəndəsi, xanım Agnes Mari Cimbiri və Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva çıxış ediblər.
Qlobal mənzil böhranı əsas çağırışlardan biri kimi
Dəyişən dünyada şəhərsalma ilə bağlı meydana çıxan çağırışlar da davamlı olaraq yenilənir. Hökumətlər özlərinin şəhərsalma siyasətlərində bu amili mütləq qaydada nəzərə almalıdırlar. Toplantıdakı çıxışlarda UN-Habitat nümayəndələri üzv dövlətlərin milli hesabatlarının toplandığını, müxtəlif qurum və tərəfdaşlardan daxil olan məlumatların təhlil edildiyini bildiriblər. Qlobal mənzil böhranı əsas çağırış kimi önə çəkilib. Qeyd olunub ki, dünyada 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və şəhər əhalisinin sürətli artımı fonunda mənzilə çıxış, əlçatanlıq və iqlimə davamlı yaşayış mühiti prioritet məsələ olaraq qalır.
WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva forumun Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcəyini vurğulayıb, Bakının bu qlobal platformaya ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.
G.Rzayeva qeyd edib ki, forum çərçivəsində mənzil məsələsi ayrıca sahə kimi deyil, şəhər ekosisteminin bütün istiqamətlərini birləşdirən əsas xətt kimi təqdim olunacaq. Müxtəlif ölkələrin praktiki təcrübələri və real həll yolları müzakirə ediləcək, tərəfdaşlıqlar qurulacaq və icra oluna bilən nəticələr hədəflənəcək.
Bakıda yenə bir ilkə imza atılacaq
Məlumdur ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanan ölkədir. Respublikamız beynəlxalq birliyin etimadını yüksək məsuliyyət kimi qəbul edərək ev sahibliyi hüququnu üzərinə götürdüyü tədbirlərə ciddi hazırlıqlar görür və mütləq qaydada substantiv nəticələrin əldə olunmasını təmin edir. Ölkəmiz WUF13-ün hazırlıqlarına da eyni həssaslıqla yanaşır. G.Rzayeva bildirib ki, proqram çərçivəsində ilk dəfə dövlət və hökumət başçılarının iştirakı ilə liderlər sammiti keçiriləcək. Nazirlər səviyyəsində tam günlük, nəticəyönümlü görüş, regional məsləhətləşmələr, dəyirmi masalar və plenar sessiyalar da təşkil olunacaq. Altı yüksək səviyyəli tematik dialoqda qeyri-rəsmi yaşayış məntəqələri, böhran sonrası bərpa, iqlim və mənzil əlaqəsi, mənzilin iqtisadi rolu və maliyyələşdirmə modelləri kimi mövzular müzakirə ediləcək.
Təşkilati məsələlərə toxunan H. Rzayeva bildirib ki, əsas məkan kimi Bakı Olimpiya Stadionu seçilib və hazırlıq işləri sürətlə davam edir: “Təxminən 2500 könüllünün cəlb olunacağı könüllülər proqramı da formalaşdırılır. Forumun mühüm hissələrindən biri də təxminən 35 min kvadratmetr ərazini əhatə edəcək şəhər sərgisi olacaq. Burada ölkələrin təcrübələri və innovativ həlləri nümayiş etdiriləcək”.
Qeydiyyat müddəti uzadılıb
WUF13 çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirlərinə yüksək maraq olduğunu nəzərə alaraq, qeydiyyat müddəti uzadılıb. Müraciətlərin qəbulu üçün son tarix 2026-cı il fevralın 3-ü olaraq müəyyən edilib.
Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.
Tədbirlərin təşkili üçün müraciətlər 7 kateqoriya üzrə qəbul olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı (Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy).
Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə “UN-Habitat”ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən “Applications / Müraciətlər” bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.
Forumun əsas və strateji mexanizmlərindən biri olan tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.
BMT-dən yüksək qiymət
Azərbaycanın qlobal şəhərsalma forumuna hazırlıqları BMT səviyyəsində yüksək dəyərləndirilir. “Mən deyə bilərəm ki, Bakı WUF13-ə hazırdır. Azərbaycan tərəfindən üzv dövlətlərə təqdim edilmiş hesabat göstərir ki, bütün hazırlıq işləri yüksək səviyyədə aparılır. UN-Habitat yan tədbirlərə qeydiyyatları və iştirakları koordinasiya edir, artıq forumda iştirak üçün böyük maraq və tələb olduğu məlumdur. Bu, Bakıda şəhər problemlərini müzakirə etmək, praktiki təcrübələri, həll yollarını təqdim etmək və ekspert biliklərini paylaşmaq üçün beynəlxalq iştirakçılar üçün vacib platforma rolunu oynayacaq”, - deyə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax vurğulayıb.
A.Rossbax bildirib ki, WUF13 öncəsi keçirilən iclaslar və müzakirələr qlobal miqyasda şəhər və urbanizasiya məsələlərinə həsr olunmuş önəmli bir gün kimi qiymətləndirilə bilər. Fikirlərinə davam edən icraçı direktor vurğulayıb: “Biz 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhərsalma Gündəliyi”ni nəzərdən keçiririk, artıq 10 ildir ki, bu gündəlik icra olunur. Qarşıdakı 10 il üçün yeni hədəfləri müəyyən etməliyik. Buradakı Nyu-York görüşündə üzv dövlətlərlə müzakirə etdiyimiz kimi, qarşıda çoxsaylı qlobal çağırışlar mövcuddur və şəhərlərin burada güclü rolu var. Mənzil məsələsi də bizim planımızda mühüm rol oynayır. Ötən il BMT daxilində iqlim, maliyyə və sosial inkişaf sahələrində əldə etdiyimiz nəticələr göstərdi ki, urbanizasiya, şəhərlər və yerli idarəetmə, eləcə də mənzil mərkəzi rol oynayır. Bu il Azərbaycanla birgə Ümumdünya Şəhər Forumunu (WUF13) təşkil etmək bizim üçün vacibdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37

